|
- Rekav qardaşı Baana ilə buğda daşıyanlar görkəmində evə girdilər və İş-Boşeti qarnından vurub aradan çıxdılar.
- Onlar evə girəndə İş-Boşet yataq otağında, öz yatağında yatırdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Arava yolu ilə getdilər.
- İş-Boşetin başını Xevrona Davudun yanına gətirdilər və padşaha dedilər: «Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi».
- Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun,
- Ziqlaqda olanda özünə görə guya müjdə verərək “budur, Şaul öldü” deyə birisi mənə xəbər gətirmişdi. Buna görə də onu yaxalayıb öldürdüm. Ona gətirdiyi xəbərə görə mükafatım bu oldu.
|
|