Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 24   qeri  
  -1   [font9]   +1  
2 Samuel 5 [NASB:Azerbaycan]   
 
  1. Then all the tribes of Israel came to David at Hebron and said, "Behold, we are your bone and your flesh.
  2. "Previously, when Saul was king over us, you were the one who led Israel out and in And the LORD said to you, 'You will shepherd My people Israel, and you will be a ruler over Israel.'"
  3. So all the elders of Israel came to the king at Hebron, and King David made a covenant with them before the LORD at Hebron; then they anointed David king over Israel.
  4. David was thirty years old when he became king, and he reigned forty years.
  5. At Hebron he reigned over Judah seven years and six months, and in Jerusalem he reigned thirty-three years over all Israel and Judah.
  1. İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik.
  2. Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan».
  3. İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
  4. Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi.
  5. O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi.
 
 
  1. Now the king and his men went to Jerusalem against the Jebusites, the inhabitants of the land, and they said to David, "You shall not come in here, but the blind and lame will turn you away"; thinking, "David cannot enter here."
  2. Nevertheless, David captured the stronghold of Zion, that is the city of David.
  3. David said on that day, "Whoever would strike the Jebusites, let him reach the lame and the blind, who are hated by David's soul, through the water tunnel." Therefore they say, "The blind or the lame shall not come into the house."
  4. So David lived in the stronghold and called it the city of David And David built all around from the Millo and inward.
  5. David became greater and greater, for the LORD God of hosts was with him.
  1. Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz.
  2. Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.
  3. Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək.
  4. Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi.
  5. Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi.
 
 
  1. Then Hiram king of Tyre sent messengers to David with cedar trees and carpenters and stonemasons; and they built a house for David.
  2. And David realized that the LORD had established him as king over Israel, and that He had exalted his kingdom for the sake of His people Israel.
  3. Meanwhile David took more concubines and wives from Jerusalem, after he came from Hebron; and more sons and daughters were born to David.
  4. Now these are the names of those who were born to him in Jerusalem: Shammua, Shobab, Nathan, Solomon,
  5. Ibhar, Elishua, Nepheg, Japhia,
  1. Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər.
  2. Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib.
  3. Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu.
  4. Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,
  5. İvxar, Elişua, Nefeq, Yafia,
 
 
  1. Elishama, Eliada and Eliphelet.
  2. When the Philistines heard that they had anointed David king over Israel, all the Philistines went up to seek out David; and when David heard of it, he went down to the stronghold.
  3. Now the Philistines came and spread themselves out in the valley of Rephaim.
  4. Then David inquired of the LORD, saying, "Shall I go up against the Philistines? Will You give them into my hand?" And the LORD said to David, "Go up, for I will certainly give the Philistines into your hand."
  5. So David came to Baal-perazim and defeated them there; and he said, "The LORD has broken through my enemies before me like the breakthrough of waters." Therefore he named that place Baal-perazim.
  1. Elişama, Elyada və Elifelet.
  2. Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi.
  3. Filiştlilər gəlib Refaim vadisinə yayıldı.
  4. Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».
  5. Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.
 
 
  1. They abandoned their idols there, so David and his men carried them away.
  2. Now the Philistines came up once again and spread themselves out in the valley of Rephaim.
  3. When David inquired of the LORD, He said, "You shall not go directly up; circle around behind them and come at them in front of the balsam trees.
  4. "It shall be, when you hear the sound of marching in the tops of the balsam trees, then you shall act promptly, for then the LORD will have gone out before you to strike the army of the Philistines."
  5. Then David did so, just as the LORD had commanded him, and struck down the Philistines from Geba as far as Gezer.
  1. Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı.
  2. Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar.
  3. Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.
  4. Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».
  5. Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.