Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 24   qeri  
  -1   [font9]   +1  
2 Samuel 7 [NIV:Azerbaycan]   
 
  1. After the king was settled in his palace and the LORD had given him rest from all his enemies around him,
  2. he said to Nathan the prophet, "Here I am, living in a palace of cedar, while the ark of God remains in a tent."
  3. Nathan replied to the king, "Whatever you have in mind, go ahead and do it, for the LORD is with you."
  4. That night the word of the LORD came to Nathan, saying:
  5. "Go and tell my servant David, 'This is what the LORD says: Are you the one to build me a house to dwell in?
  1. Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu.
  2. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır».
  3. Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».
  4. Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu:
  5. «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən?
 
 
  1. I have not dwelt in a house from the day I brought the Israelites up out of Egypt to this day. I have been moving from place to place with a tent as my dwelling.
  2. Wherever I have moved with all the Israelites, did I ever say to any of their rulers whom I commanded to shepherd my people Israel, "Why have you not built me a house of cedar?" '
  3. "Now then, tell my servant David, 'This is what the LORD Almighty says: I took you from the pasture and from following the flock to be ruler over my people Israel.
  4. I have been with you wherever you have gone, and I have cut off all your enemies from before you. Now I will make your name great, like the names of the greatest men of the earth.
  5. And I will provide a place for my people Israel and will plant them so that they can have a home of their own and no longer be disturbed. Wicked people will not oppress them anymore, as they did at the beginning
  1. İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm.
  2. Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”
  3. İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim.
  4. Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.
  5. Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər.
 
 
  1. and have done ever since the time I appointed leaders over my people Israel. I will also give you rest from all your enemies. " 'The LORD declares to you that the LORD himself will establish a house for you:
  2. When your days are over and you rest with your fathers, I will raise up your offspring to succeed you, who will come from your own body, and I will establish his kingdom.
  3. He is the one who will build a house for my Name, and I will establish the throne of his kingdom forever.
  4. I will be his father, and he will be my son. When he does wrong, I will punish him with the rod of men, with floggings inflicted by men.
  5. But my love will never be taken away from him, as I took it away from Saul, whom I removed from before you.
  1. Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək.
  2. “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.
  3. O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm.
  4. Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam.
  5. Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam.
 
 
  1. Your house and your kingdom will endure forever before me ; your throne will be established forever.' "
  2. Nathan reported to David all the words of this entire revelation.
  3. Then King David went in and sat before the LORD, and he said: "Who am I, O Sovereign LORD, and what is my family, that you have brought me this far?
  4. And as if this were not enough in your sight, O Sovereign LORD, you have also spoken about the future of the house of your servant. Is this your usual way of dealing with man, O Sovereign LORD ?
  5. "What more can David say to you? For you know your servant, O Sovereign LORD.
  1. Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».
  2. Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
  3. Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?
  4. Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb?
  5. Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan!
 
 
  1. For the sake of your word and according to your will, you have done this great thing and made it known to your servant.
  2. "How great you are, O Sovereign LORD! There is no one like you, and there is no God but you, as we have heard with our own ears.
  3. And who is like your people Israel--the one nation on earth that God went out to redeem as a people for himself, and to make a name for himself, and to perform great and awesome wonders by driving out nations and their gods from before your people, whom you redeemed from Egypt?
  4. You have established your people Israel as your very own forever, and you, O LORD, have become their God.
  5. "And now, LORD God, keep forever the promise you have made concerning your servant and his house. Do as you promised,
  1. Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin.
  2. Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
  3. Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın.
  4. Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
  5. İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
 
 
  1. so that your name will be great forever. Then men will say, 'The LORD Almighty is God over Israel!' And the house of your servant David will be established before you.
  2. "O LORD Almighty, God of Israel, you have revealed this to your servant, saying, 'I will build a house for you.' So your servant has found courage to offer you this prayer.
  3. O Sovereign LORD, you are God! Your words are trustworthy, and you have promised these good things to your servant.
  4. Now be pleased to bless the house of your servant, that it may continue forever in your sight; for you, O Sovereign LORD, have spoken, and with your blessing the house of your servant will be blessed forever."
  1. Qoy insanlar “Ordular Rəbbi İsrailə hakim olan Allahdır” deyərək Sənin adını əbədi ucaltsınlar və qulun Davudun nəsli Sənin önündə möhkəm qalsın.
  2. Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı.
  3. Ya Xudavənd Rəbb, Sən Allahsan, Sənin sözlərin haqdır və indi də quluna bu yaxşı şeyi vəd etdin.
  4. Əbədi olaraq Sənin önündə olsun deyə qulunun nəslinə xeyir-dua vermək qoy Sənə xoş görünsün! Çünki, ya Xudavənd Rəbb, Sən belə söz verdin. Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!»
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.