Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 24   qeri  
  -1   [font9]   +1  
2 Samuel 10 [NASB:Azerbaycan]   
 
  1. Now it happened afterwards that the king of the Ammonites died, and Hanun his son became king in his place.
  2. Then David said, "I will show kindness to Hanun the son of Nahash, just as his father showed kindness to me." So David sent some of his servants to console him concerning his father. But when David's servants came to the land of the Ammonites,
  3. the princes of the Ammonites said to Hanun their lord, "Do you think that David is honoring your father because he has sent consolers to you? Has David not sent his servants to you in order to search the city, to spy it out and overthrow it?"
  4. So Hanun took David's servants and shaved off half of their beards, and cut off their garments in the middle as far as their hips, and sent them away.
  5. When they told it to David, he sent to meet them, for the men were greatly humiliated. And the king said, "Stay at Jericho until your beards grow, and then return."
  1. Bir müddət sonra Ammonluların padşahı öldü və onun yerinə oğlu Xanun padşah oldu.
  2. Davud dedi: «Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm». Davud əyanlarından bir neçəsini Xanunun atası üçün başsağlığı verməyə göndərdi. Lakin Davudun adamları Ammon ölkəsinə çatanda
  3. Ammonluların başçıları öz ağaları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Davudun sənin yanına adamlarını göndərməsi şəhəri gözdən keçirib araşdırmaq və buranı yıxmaq üçün deyilmi?»
  4. Xanun Davudun adamlarını tutaraq saqqallarını yarıyacan qırxdırıb paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
  5. Bunu Davuda xəbər verdilər, Davud da onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
 
 
  1. Now when the sons of Ammon saw that they had become odious to David, the sons of Ammon sent and hired the Arameans of Beth-rehob and the Arameans of Zobah, 20,000 foot soldiers, and the king of Maacah with 1,000 men, and the men of Tob with 12,000 men.
  2. When David heard of it, he sent Joab and all the army, the mighty men.
  3. The sons of Ammon came out and drew up in battle array at the entrance of the city, while the Arameans of Zobah and of Rehob and the men of Tob and Maacah were by themselves in the field.
  4. Now when Joab saw that the battle was set against him in front and in the rear, he selected from all the choice men of Israel, and arrayed them against the Arameans.
  5. But the remainder of the people he placed in the hand of Abishai his brother, and he arrayed them against the sons of Ammon.
  1. Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular.
  2. Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
  3. Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular.
  4. Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzilərini ayırıb Aramlılara qarşı düzdü.
  5. Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü.
 
 
  1. He said, "If the Arameans are too strong for me, then you shall help me, but if the sons of Ammon are too strong for you, then I will come to help you.
  2. "Be strong, and let us show ourselves courageous for the sake of our people and for the cities of our God; and may the LORD do what is good in His sight."
  3. So Joab and the people who were with him drew near to the battle against the Arameans, and they fled before him.
  4. When the sons of Ammon saw that the Arameans fled, they also fled before Abishai and entered the city. Then Joab returned from fighting against the sons of Ammon and came to Jerusalem.
  5. When the Arameans saw that they had been defeated by Israel, they gathered themselves together.
  1. Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən gəlib sənə kömək edərəm.
  2. Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
  3. Yoav və yanındakı qoşun Aramlılara qarşı döyüşə yaxınlaşarkən düşmənlər Yoavın qabağından qaçdılar.
  4. Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı.
  5. Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar.
 
 
  1. And Hadadezer sent and brought out the Arameans who were beyond the River, and they came to Helam; and Shobach the commander of the army of Hadadezer led them.
  2. Now when it was told David, he gathered all Israel together and crossed the Jordan, and came to Helam. And the Arameans arrayed themselves to meet David and fought against him.
  3. But the Arameans fled before Israel, and David killed 700 charioteers of the Arameans and 40,000 horsemen and struck down Shobach the commander of their army, and he died there.
  4. When all the kings, servants of Hadadezer, saw that they were defeated by Israel, they made peace with Israel and served them. So the Arameans feared to help the sons of Ammon anymore.
  1. Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi.
  2. Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular.
  3. Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü.
  4. Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular.
 
   
  irəli  1  . . . 4  5  6  7  8  9  10  11  12  13  14  15  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.