- Davud təpə başından bir az yana keçərkən Mefiboşetin xidmətçisi Siva iki yüz kömbə çörək, yüz salxım quru üzüm, yüz ədəd yay meyvəsi və bir tuluq şərab yüklənmiş bir sürü palanlı eşşəklə onu qarşıladı.
- Padşah Sivaya dedi: «Bunları hara aparırsan?» Siva dedi: «Eşşəkləri padşahın külfətinin minməsi, çörəklə yay meyvələrini nökərlərin yeməsi və bu şərabı isə çöldə olan yorğunların içməsi üçün gətirmişəm».
- Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı».
- Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım».
- Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı.
|
- Now when David had passed a little beyond the summit, behold, Ziba the servant of Mephibosheth met him with a couple of saddled donkeys, and on them were two hundred loaves of bread, a hundred clusters of raisins, a hundred summer fruits, and a jug of wine.
- The king said to Ziba, "Why do you have these?" And Ziba said, "The donkeys are for the king's household to ride, and the bread and summer fruit for the young men to eat, and the wine, for whoever is faint in the wilderness to drink."
- Then the king said, "And where is your master's son?" And Ziba said to the king, "Behold, he is staying in Jerusalem, for he said, 'Today the house of Israel will restore the kingdom of my father to me.'"
- So the king said to Ziba, "Behold, all that belongs to Mephibosheth is yours." And Ziba said, "I prostrate myself; let me find favor in your sight, O my lord, the king!"
- When King David came to Bahurim, behold, there came out from there a man of the family of the house of Saul whose name was Shimei, the son of Gera; he came out cursing continually as he came.
|