Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 11  12  13  14  15  16  17  18  19  20  21  22  . . . 24   qeri  
  -1   [font9]   +1  
İKİNCİ ŞAMUEL 17 [Azerbaycan:Russian]   
 
  1. Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm.
  2. Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm.
  3. Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar».
  4. Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü.
  5. Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq».
  1. И сказал Ахитофел Авессалому: выберу я двенадцать тысяч человек и встану и пойду в погоню за Давидом в эту ночь;
  2. и нападу на него, когда он будет утомлен и с опущенными руками, и приведу его в страх; и все люди, которые с ним, разбегутся; и я убью одного царя
  3. и всех людей обращу к тебе; и когда не будет одного, душу которого ты ищешь, тогда весь народ будет в мире.
  4. И понравилось это слово Авессалому и всем старейшинам Израилевым.
  5. И сказал Авессалом: позовите Хусия Архитянина; послушаем, что он скажет.
 
 
  1. Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver».
  2. Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil».
  3. Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz.
  4. Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək.
  5. Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir.
  1. И пришел Хусий к Авессалому, и сказал ему Авессалом, говоря: вот что говорит Ахитофел; сделать ли по его словам? а если нет, то говори ты.
  2. И сказал Хусий Авессалому: нехорош на этот раз совет, который дал Ахитофел.
  3. И продолжал Хусий: ты знаешь твоего отца и людей его; они храбры и сильно раздражены, как медведица в поле, у которой отняли детей, и отец твой--человек воинственный; он не остановится ночевать с народом.
  4. Вот, теперь он скрывается в какой-нибудь пещере, или в другом месте, и если кто падет при первом нападении на них, и услышат и скажут: 'было поражение людей, последовавших за Авессаломом',
  5. тогда и самый храбрый, у которого сердце, как сердце львиное, упадет духом; ибо всему Израилю известно, как храбр отец твой и мужественны те, которые с ним.
 
 
  1. Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən.
  2. Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz.
  3. Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq».
  4. Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.
  5. Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim.
  1. Посему я советую: пусть соберется к тебе весь Израиль, от Дана до Вирсавии, во множестве, как песок при море, и ты сам пойдешь посреди его;
  2. и тогда мы пойдем против него, в каком бы месте он ни находился, и нападем на него, как падает роса на землю; и не останется у него ни одного человека из всех, которые с ним;
  3. а если он войдет в какой-либо город, то весь Израиль принесет к тому городу веревки, и мы стащим его в реку, так что не останется ни одного камешка.
  4. И сказал Авессалом и весь Израиль: совет Хусия Архитянина лучше совета Ахитофелова. Так Господь судил разрушить лучший совет Ахитофела, чтобы навести Господу бедствие на Авессалома.
  5. И сказал Хусий Садоку и Авиафару священникам: так и так советовал Ахитофел Авессалому и старейшинам Израилевым, а так и так посоветовал я.
 
 
  1. İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”».
  2. Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər.
  3. Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər.
  4. Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi.
  5. Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar.
  1. И теперь пошлите поскорее и скажите Давиду так: не оставайся в эту ночь на равнине в пустыне, но поскорее перейди, чтобы не погибнуть царю и всем людям, которые с ним.
  2. Ионафан и Ахимаас стояли у источника Рогель. И пошла служанка и рассказала им, а они пошли и известили царя Давида; ибо они не могли показаться в городе.
  3. И увидел их отрок и донес Авессалому; но они оба скоро ушли и пришли в Бахурим, в дом одного человека, у которого на дворе был колодезь, и спустились туда.
  4. А женщина взяла и растянула над устьем колодезя покрывало и насыпала на него крупы, так что не было ничего заметно.
  5. И пришли рабы Авессалома к женщине в дом, и сказали: где Ахимаас и Ионафан? И сказала им женщина: они перешли вброд реку. И искали они, и не нашли, и возвратились в Иерусалим.
 
 
  1. Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib».
  2. Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı.
  3. Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.
  4. Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər.
  5. Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi.
  1. Когда они ушли, те вышли из колодезя, пошли и известили царя Давида и сказали Давиду: встаньте и поскорее перейдите воду; ибо так и так советовал о вас Ахитофел.
  2. И встал Давид и все люди, бывшие с ним, и перешли Иордан; к рассвету не осталось ни одного, который не перешел бы Иордана.
  3. И увидел Ахитофел, что не исполнен совет его, и оседлал осла, и собрался, и пошел в дом свой, в город свой, и сделал завещание дому своему, и удавился, и умер, и был погребен в гробе отца своего.
  4. И пришел Давид в Маханаим, а Авессалом перешел Иордан, сам и весь Израиль с ним.
  5. Авессалом поставил Амессая, вместо Иоава, над войском. Амессай был сын одного человека, по имени Иефера из Изрееля, который вошел к Авигее, дочери Нааса, сестре Саруи, матери Иоава.
 
 
  1. İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu.
  2. Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay
  3. Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən,
  4. bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.
  1. И Израиль с Авессаломом расположился станом в земле Галаадской.
  2. Когда Давид пришел в Маханаим, то Сови, сын Нааса, из Раввы Аммонитской, и Махир, сын Аммиила, из Лодавара, и Верзеллий Галаадитянин из Роглима,
  3. принесли постелей, блюд и глиняных сосудов, и пшеницы, и ячменя, и муки, и пшена, и бобов, и чечевицы, и жареных зерен,
  4. и меду, и масла, и овец, и сыра коровьего, принесли Давиду и людям, бывшим с ним, в пищу; ибо говорили они: народ голоден и утомлен и терпел жажду в пустыне.
 
   
  irəli  1  . . . 11  12  13  14  15  16  17  18  19  20  21  22  . . . 24   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.