|
- Çünki sənə nifrət edənləri sevib, səni sevənlərə isə nifrət edirsən. Bu gün sən aşkar etdin ki, başçıların və zabitlərin sənin gözündə əhəmiyyətsizdir. Mən bu gün başa düşdüm ki, əgər Avşalom sağ qalıb, biz hamımız bu gün ölsəydik, bundan razı qalardın.
- İndi isə qalx ayağa, xalqın qarşısına çıx, adamlarının könlünü al. Çünki mən Rəbbin haqqı üçün and içirəm, xalqın qarşısına çıxmasan, bu gecə səninlə bir nəfər belə, qalmayacaq. Bu da sənin üçün uşaqlıqdan indiyədək başına gələn müsibətlərin hamısından betər olacaq».
- Padşah qalxıb darvazada oturdu. Bütün xalqa «budur, padşah darvaza ağzında oturub» deyə bildirdilər və bütün camaat padşahın qarşısına gəldi. Bu vaxt İsraillilərin hamısı öz evlərinə dağılmışdı.
- İsrailin bütün qəbilələrində hər kəs mübahisə edib deyirdi: «Padşah bizi düşmənlərimizin əlindən qurtardı və Filiştlilərin əlindən xilas etdi. İndi isə Avşaloma görə o bu ölkədən qaçdı.
- Bizə hakim olmaq üçün məsh etdiyimiz Avşalom isə döyüşdə öldü. İndi padşahı geri qaytarmaq barədə niyə susursunuz?»
|
|