|
- bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var».
- Yoav ona yaxınlaşanda qadın «Yoav sənsən?» dedi. O «bəli, mənəm» dedi. Qadın ona dedi: «Sən bu kənizinin sözünə qulaq as». Yoav «eşidirəm səni» dedi.
- Qadın sözünə davam etdi «Qədim zamanlarda “Aveldə məsləhət alın” deyərdilər və işləri belə həll edərdilər.
- Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?»
- Yoav cavab verdi: «Dağıtmaq yaxud məhv etmək niyyəti məndən uzaq, qoy uzaq olsun!
|
|