Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14  15  16  17  . . . 50   qeri  
  -1   [font9]   +1  
YARADILIŞ 12 [Azerbaycan:NIV]   
 
  1. Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.
  2. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.
  3. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».
  4. İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi.
  5. İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.
  1. The LORD had said to Abram, "Leave your country, your people and your father's household and go to the land I will show you.
  2. "I will make you into a great nation and I will bless you; I will make your name great, and you will be a blessing.
  3. I will bless those who bless you, and whoever curses you I will curse; and all peoples on earth will be blessed through you."
  4. So Abram left, as the LORD had told him; and Lot went with him. Abram was seventy-five years old when he set out from Haran.
  5. He took his wife Sarai, his nephew Lot, all the possessions they had accumulated and the people they had acquired in Haran, and they set out for the land of Canaan, and they arrived there.
 
 
  1. İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı.
  2. Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.
  3. Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi.
  4. İbram tədricən cənuba doğru hərəkət edirdi.
  5. Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü.
  1. Abram traveled through the land as far as the site of the great tree of Moreh at Shechem. At that time the Canaanites were in the land.
  2. The LORD appeared to Abram and said, "To your offspring I will give this land." So he built an altar there to the LORD, who had appeared to him.
  3. From there he went on toward the hills east of Bethel and pitched his tent, with Bethel on the west and Ai on the east. There he built an altar to the LORD and called on the name of the LORD.
  4. Then Abram set out and continued toward the Negev.
  5. Now there was a famine in the land, and Abram went down to Egypt to live there for a while because the famine was severe.
 
 
  1. O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan.
  2. Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar.
  3. Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».
  4. İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər.
  5. Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı.
  1. As he was about to enter Egypt, he said to his wife Sarai, "I know what a beautiful woman you are.
  2. When the Egyptians see you, they will say, 'This is his wife.' Then they will kill me but will let you live.
  3. Say you are my sister, so that I will be treated well for your sake and my life will be spared because of you."
  4. When Abram came to Egypt, the Egyptians saw that she was a very beautiful woman.
  5. And when Pharaoh's officials saw her, they praised her to Pharaoh, and she was taken into his palace.
 
 
  1. Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.
  2. Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
  3. Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin?
  4. Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get».
  5. Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.
  1. He treated Abram well for her sake, and Abram acquired sheep and cattle, male and female donkeys, menservants and maidservants, and camels.
  2. But the LORD inflicted serious diseases on Pharaoh and his household because of Abram's wife Sarai.
  3. So Pharaoh summoned Abram. "What have you done to me?" he said. "Why didn't you tell me she was your wife?
  4. Why did you say, 'She is my sister,' so that I took her to be my wife? Now then, here is your wife. Take her and go!"
  5. Then Pharaoh gave orders about Abram to his men, and they sent him on his way, with his wife and everything he had.
 
   
  irəli  1  . . . 6  7  8  9  10  11  12  13  14  15  16  17  . . . 50   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.