- After these things the word of the LORD came to Abram in a vision, saying, "Do not fear, Abram, I am a shield to you; Your reward shall be very great."
- Abram said, "O Lord GOD, what will You give me, since I am childless, and the heir of my house is Eliezer of Damascus?"
- And Abram said, "Since You have given no offspring to me, one born in my house is my heir."
- Then behold, the word of the LORD came to him, saying, "This man will not be your heir; but one who will come forth from your own body, he shall be your heir."
- And He took him outside and said, "Now look toward the heavens, and count the stars, if you are able to count them " And He said to him, "So shall your descendants be."
|
- Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».
- İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq».
- İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq».
- Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq».
- Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq».
|