Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 9  10  11  12  13  14  15  16  17  18  19  20  . . . 50   qeri  
  -1   [font9]   +1  
YARADILIŞ 15 [Azerbaycan:NIV]   
 
  1. Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».
  2. İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq».
  3. İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq».
  4. Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq».
  5. Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq».
  1. After this, the word of the LORD came to Abram in a vision: "Do not be afraid, Abram. I am your shield, your very great reward. "
  2. But Abram said, "O Sovereign LORD, what can you give me since I remain childless and the one who will inherit my estate is Eliezer of Damascus?"
  3. And Abram said, "You have given me no children; so a servant in my household will be my heir."
  4. Then the word of the LORD came to him: "This man will not be your heir, but a son coming from your own body will be your heir."
  5. He took him outside and said, "Look up at the heavens and count the stars--if indeed you can count them." Then he said to him, "So shall your offspring be."
 
 
  1. İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
  2. Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm».
  3. İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?»
  4. Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı buğa, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir».
  5. İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı.
  1. Abram believed the LORD, and he credited it to him as righteousness.
  2. He also said to him, "I am the LORD, who brought you out of Ur of the Chaldeans to give you this land to take possession of it."
  3. But Abram said, "O Sovereign LORD, how can I know that I will gain possession of it?"
  4. So the LORD said to him, "Bring me a heifer, a goat and a ram, each three years old, along with a dove and a young pigeon."
  5. Abram brought all these to him, cut them in two and arranged the halves opposite each other; the birds, however, he did not cut in half.
 
 
  1. Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu.
  2. Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü.
  3. Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək.
  4. Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar.
  5. Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən.
  1. Then birds of prey came down on the carcasses, but Abram drove them away.
  2. As the sun was setting, Abram fell into a deep sleep, and a thick and dreadful darkness came over him.
  3. Then the LORD said to him, "Know for certain that your descendants will be strangers in a country not their own, and they will be enslaved and mistreated four hundred years.
  4. But I will punish the nation they serve as slaves, and afterward they will come out with great possessions.
  5. You, however, will go to your fathers in peace and be buried at a good old age.
 
 
  1. Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».
  2. Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış heyvanların arasından keçdi.
  3. O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları –
  4. Qenlilərin, Qenizlilərin, Qadmonluların,
  5. Xetlilərin, Perizlilərin, Rafalıların,
  1. In the fourth generation your descendants will come back here, for the sin of the Amorites has not yet reached its full measure."
  2. When the sun had set and darkness had fallen, a smoking firepot with a blazing torch appeared and passed between the pieces.
  3. On that day the LORD made a covenant with Abram and said, "To your descendants I give this land, from the river of Egypt to the great river, the Euphrates-
  4. the land of the Kenites, Kenizzites, Kadmonites,
  5. Hittites, Perizzites, Rephaites,
 
 
  1. Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm».
  1. Amorites, Canaanites, Girgashites and Jebusites."
 
   
  irəli  1  . . . 9  10  11  12  13  14  15  16  17  18  19  20  . . . 50   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.