|
- Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, Bir oğul doğacaqsan. Onun adını İsmail qoyarsan, Çünki Rəbb əziyyət içində fəryadını eşitdi.
- O, insanlar arasında Vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq, Bütün qardaşları ilə yola getməyərək yaşayacaq».
- Həcər onunla danışan Rəbbi «El-Roi adlandırdı» dedi, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».
- Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir.
- Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu.
|
|