|
- Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu.
- O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi:
- «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə.
- İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz.
- Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə».
|
|