|
- Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi.
- Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq.
- Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
- İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.
- Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu.
|
|