|
- Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam».
- O adam evə girdi. Lavan dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla birgə olanlara ayaqlarını yumaq üçün su verdi.
- Onların qabağına yemək gətirildi, ancaq həmin adam dedi: «Məqsədimi söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə».
- O dedi: «Mən İbrahimin nökəriyəm.
- Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.
|
|