Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 3  4  5  6  7  8  9  10  11  12  13  14  . . . 22   qeri  
  -1   [font9]   +1  
BİRİNCİ PADŞAHLAR 9 [Azerbaycan:NIV]   
 
  1. Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra
  2. Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü.
  3. Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.
  4. Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,
  5. sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim.
  1. When Solomon had finished building the temple of the LORD and the royal palace, and had achieved all he had desired to do,
  2. the LORD appeared to him a second time, as he had appeared to him at Gibeon.
  3. The LORD said to him: "I have heard the prayer and plea you have made before me; I have consecrated this temple, which you have built, by putting my Name there forever. My eyes and my heart will always be there.
  4. "As for you, if you walk before me in integrity of heart and uprightness, as David your father did, and do all I command and observe my decrees and laws,
  5. I will establish your royal throne over Israel forever, as I promised David your father when I said, 'You shall never fail to have a man on the throne of Israel.'
 
 
  1. Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,
  2. Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək.
  3. Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
  4. Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».
  5. Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra
  1. "But if you or your sons turn away from me and do not observe the commands and decrees I have given you and go off to serve other gods and worship them,
  2. then I will cut off Israel from the land I have given them and will reject this temple I have consecrated for my Name. Israel will then become a byword and an object of ridicule among all peoples.
  3. And though this temple is now imposing, all who pass by will be appalled and will scoff and say, 'Why has the LORD done such a thing to this land and to this temple?'
  4. People will answer, 'Because they have forsaken the LORD their God, who brought their fathers out of Egypt, and have embraced other gods, worshiping and serving them--that is why the LORD brought all this disaster on them.' "
  5. At the end of twenty years, during which Solomon built these two buildings--the temple of the LORD and the royal palace-
 
 
  1. Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi.
  2. Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi.
  3. O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır.
  4. Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.
  5. Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi.
  1. King Solomon gave twenty towns in Galilee to Hiram king of Tyre, because Hiram had supplied him with all the cedar and pine and gold he wanted.
  2. But when Hiram went from Tyre to see the towns that Solomon had given him, he was not pleased with them.
  3. "What kind of towns are these you have given me, my brother?" he asked. And he called them the Land of Cabul, a name they have to this day.
  4. Now Hiram had sent to the king 120 talents of gold.
  5. Here is the account of the forced labor King Solomon conscripted to build the LORD's temple, his own palace, the supporting terraces, the wall of Jerusalem, and Hazor, Megiddo and Gezer.
 
 
  1. Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi.
  2. Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu,
  3. Baalatı, ölkədəki səhralıqda olan Tadmoru,
  4. özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
  5. Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı,
  1. (Pharaoh king of Egypt had attacked and captured Gezer. He had set it on fire. He killed its Canaanite inhabitants and then gave it as a wedding gift to his daughter, Solomon's wife.
  2. And Solomon rebuilt Gezer.) He built up Lower Beth Horon,
  3. Baalath, and Tadmor in the desert, within his land,
  4. as well as all his store cities and the towns for his chariots and for his horses --whatever he desired to build in Jerusalem, in Lebanon and throughout all the territory he ruled.
  5. All the people left from the Amorites, Hittites, Perizzites, Hivites and Jebusites (these peoples were not Israelites),
 
 
  1. çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir.
  2. İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
  3. Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi.
  4. Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi.
  5. Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.
  1. that is, their descendants remaining in the land, whom the Israelites could not exterminate --these Solomon conscripted for his slave labor force, as it is to this day.
  2. But Solomon did not make slaves of any of the Israelites; they were his fighting men, his government officials, his officers, his captains, and the commanders of his chariots and charioteers.
  3. They were also the chief officials in charge of Solomon's projects--550 officials supervising the men who did the work.
  4. After Pharaoh's daughter had come up from the City of David to the palace Solomon had built for her, he constructed the supporting terraces.
  5. Three times a year Solomon sacrificed burnt offerings and fellowship offerings on the altar he had built for the LORD, burning incense before the LORD along with them, and so fulfilled the temple obligations.
 
 
  1. Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi.
  2. Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi.
  3. Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər.
  1. King Solomon also built ships at Ezion Geber, which is near Elath in Edom, on the shore of the Red Sea.
  2. And Hiram sent his men--sailors who knew the sea--to serve in the fleet with Solomon's men.
  3. They sailed to Ophir and brought back 420 talents of gold, which they delivered to King Solomon.
 
   
  irəli  1  . . . 3  4  5  6  7  8  9  10  11  12  13  14  . . . 22   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.