Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 22   qeri  
  -1   [font9]   +1  
BİRİNCİ PADŞAHLAR 11 [Azerbaycan:NIV]   
 
  1. Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi.
  2. Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı.
  3. Onun zadəgan nəslindən olan yeddi yüz arvadı və üç yüz kənizi var idi. Arvadları onun ürəyini yoldan çıxartdılar.
  4. Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.
  5. Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi.
  1. King Solomon, however, loved many foreign women besides Pharaoh's daughter--Moabites, Ammonites, Edomites, Sidonians and Hittites.
  2. They were from nations about which the LORD had told the Israelites, "You must not intermarry with them, because they will surely turn your hearts after their gods." Nevertheless, Solomon held fast to them in love.
  3. He had seven hundred wives of royal birth and three hundred concubines, and his wives led him astray.
  4. As Solomon grew old, his wives turned his heart after other gods, and his heart was not fully devoted to the LORD his God, as the heart of David his father had been.
  5. He followed Ashtoreth the goddess of the Sidonians, and Molech the detestable god of the Ammonites.
 
 
  1. Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi.
  2. Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi.
  3. O öz allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi.
  4. Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək
  5. «başqa allahlara xidmət etmə» deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi.
  1. So Solomon did evil in the eyes of the LORD; he did not follow the LORD completely, as David his father had done.
  2. On a hill east of Jerusalem, Solomon built a high place for Chemosh the detestable god of Moab, and for Molech the detestable god of the Ammonites.
  3. He did the same for all his foreign wives, who burned incense and offered sacrifices to their gods.
  4. The LORD became angry with Solomon because his heart had turned away from the LORD, the God of Israel, who had appeared to him twice.
  5. Although he had forbidden Solomon to follow other gods, Solomon did not keep the LORD's command.
 
 
  1. Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm.
  2. Ancaq atan Davudun xatirinə Mən bunu sənin dövründə etməyəcəyəm, onu sənin oğlunun əlindən çəkib alacağam.
  3. Həm də bütün padşahlığı çəkib almayacağam, qulum Davudun xatirinə və Mənim seçdiyim Yerusəlimdən ötrü bir qəbiləni sənin oğluna verəcəyəm».
  4. Rəbb Edomlu Hadadı Süleymana düşmən etdi. O, Edomun padşah nəslindən idi.
  5. Davud Edomda olarkən ordu başçısı Yoav ölənləri basdırmaq üçün gəlib Edomda bütün kişiləri qırmışdı.
  1. So the LORD said to Solomon, "Since this is your attitude and you have not kept my covenant and my decrees, which I commanded you, I will most certainly tear the kingdom away from you and give it to one of your subordinates.
  2. Nevertheless, for the sake of David your father, I will not do it during your lifetime. I will tear it out of the hand of your son.
  3. Yet I will not tear the whole kingdom from him, but will give him one tribe for the sake of David my servant and for the sake of Jerusalem, which I have chosen."
  4. Then the LORD raised up against Solomon an adversary, Hadad the Edomite, from the royal line of Edom.
  5. Earlier when David was fighting with Edom, Joab the commander of the army, who had gone up to bury the dead, had struck down all the men in Edom.
 
 
  1. Yoav bütün İsraillilərlə birgə Edomda olan bütün kişiləri qırana qədər altı ay orada qalmışdı.
  2. O zaman Hadad və atasının əyanlarından olan bəzi Edomlular onunla birgə Misirə tərəf qaçmışdılar. Hadad balaca bir uşaq idi.
  3. Onlar Midyandan qalxıb Parana gəldilər, Parandan özləri ilə adamlar götürüb Misirə, Misir padşahı fironun yanına gəldilər. O, Hadada ev və torpaq verdi, onu azuqə ilə təmin etdi.
  4. Hadad fironun gözündə böyük rəğbət qazandı və firon arvadı mələkə Taxpenesin bacısını ona arvad olmaq üçün verdi.
  5. Taxpenesin bacısı ona oğlu Genuvatı doğdu. Taxpenes özü fironun evində onu böyütdü. Genuvat fironun evində, fironun oğulları arasında idi.
  1. Joab and all the Israelites stayed there for six months, until they had destroyed all the men in Edom.
  2. But Hadad, still only a boy, fled to Egypt with some Edomite officials who had served his father.
  3. They set out from Midian and went to Paran. Then taking men from Paran with them, they went to Egypt, to Pharaoh king of Egypt, who gave Hadad a house and land and provided him with food.
  4. Pharaoh was so pleased with Hadad that he gave him a sister of his own wife, Queen Tahpenes, in marriage.
  5. The sister of Tahpenes bore him a son named Genubath, whom Tahpenes brought up in the royal palace. There Genubath lived with Pharaoh's own children.
 
 
  1. Hadad Misirdə olanda Davudun vəfat etdiyini və ordu başçısı Yoavın öldüyünü eşidib firona dedi: «Göndər məni, öz ölkəmə gedim».
  2. Firon ona dedi: «Məgər mənim yanımda bir şeyə ehtiyacın var ki, öz ölkənə getmək istəyirsən?» O cavab verdi: «Yox, ancaq sən məni göndər, gedim».
  3. Allah həmçinin ağası Sova padşahı Hadadezerdən qaçan Elyada oğlu Rezonu Süleymana düşmən etdi.
  4. Davud Sovalıları qırandan sonra o, yanına adamlar toplayıb bir quldur dəstəsinin başçısı olmuşdu. Bu adamlar Dəməşqə gedib orada qalmışdılar və Dəməşqdə hökmranlıq edirdilər.
  5. O, Süleymanın bütün ömrü boyu İsrailə düşmən idi. Hadadın etdiyi pisliklərlə birgə o da həmişə İsraillilərə pislik edirdi və kin bəsləyirdi. Aramda o, padşahlıq edirdi.
  1. While he was in Egypt, Hadad heard that David rested with his fathers and that Joab the commander of the army was also dead. Then Hadad said to Pharaoh, "Let me go, that I may return to my own country."
  2. "What have you lacked here that you want to go back to your own country?" Pharaoh asked. "Nothing," Hadad replied, "but do let me go!"
  3. And God raised up against Solomon another adversary, Rezon son of Eliada, who had fled from his master, Hadadezer king of Zobah.
  4. He gathered men around him and became the leader of a band of rebels when David destroyed the forces of Zobah ; the rebels went to Damascus, where they settled and took control.
  5. Rezon was Israel's adversary as long as Solomon lived, adding to the trouble caused by Hadad. So Rezon ruled in Aram and was hostile toward Israel.
 
 
  1. Süleymanın təbəələrindən biri – Seredadan olan Efrayimli Nevat oğlu Yarovam da padşaha qarşı çıxmışdı. Onun dul bir qadın olan anasının adı Serua idi.
  2. Yarovamın padşaha qarşı çıxmasının səbəbi bu idi: Süleyman qala yamacını tikdi və atası Davudun şəhərinin divarındakı yarığı bərpa etdi.
  3. Yarovam bacarıqlı adam idi. Süleyman cavan oğlanın iş bacarığını gördü və onu Yusifin nəslindən olan ağır işdə işləyən adamların üzərində rəis qoydu.
  4. O zaman günlərin birində Yarovam Yerusəlimdən çıxdı və yolda Şilolu peyğəmbər Axiya onu qarşıladı. Axiya təzə paltar geymişdi. Çöldə yalnız onlar ikisi idi.
  5. Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı.
  1. Also, Jeroboam son of Nebat rebelled against the king. He was one of Solomon's officials, an Ephraimite from Zeredah, and his mother was a widow named Zeruah.
  2. Here is the account of how he rebelled against the king: Solomon had built the supporting terraces and had filled in the gap in the wall of the city of David his father.
  3. Now Jeroboam was a man of standing, and when Solomon saw how well the young man did his work, he put him in charge of the whole labor force of the house of Joseph.
  4. About that time Jeroboam was going out of Jerusalem, and Ahijah the prophet of Shiloh met him on the way, wearing a new cloak. The two of them were alone out in the country,
  5. and Ahijah took hold of the new cloak he was wearing and tore it into twelve pieces.
 
 
  1. Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm.
  2. Ancaq qulum Davudun xatirinə və İsrailin bütün qəbilələrindən seçdiyim şəhər olan Yerusəlimdən ötrü bir qəbilə onun olacaq.
  3. Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi.
  4. Buna baxmayaraq, bütün padşahlığı onun əlindən çəkib almayacağam. Əmrlərimə və qaydalarıma əməl edən seçdiyim qulum Davudun xatirinə onu bütün ömrü boyu hökmdar edəcəyəm.
  5. Padşahlığı onun oğlunun əlindən çəkib alacağam və on qəbiləni sənə verəcəyəm.
  1. Then he said to Jeroboam, "Take ten pieces for yourself, for this is what the LORD, the God of Israel, says: 'See, I am going to tear the kingdom out of Solomon's hand and give you ten tribes.
  2. But for the sake of my servant David and the city of Jerusalem, which I have chosen out of all the tribes of Israel, he will have one tribe.
  3. I will do this because they have forsaken me and worshiped Ashtoreth the goddess of the Sidonians, Chemosh the god of the Moabites, and Molech the god of the Ammonites, and have not walked in my ways, nor done what is right in my eyes, nor kept my statutes and laws as David, Solomon's father, did.
  4. " 'But I will not take the whole kingdom out of Solomon's hand; I have made him ruler all the days of his life for the sake of David my servant, whom I chose and who observed my commands and statutes.
  5. I will take the kingdom from his son's hands and give you ten tribes.
 
 
  1. Onun oğluna isə bir qəbiləni verəcəyəm ki, Mənim önümdə, adımı oraya qoymaq üçün seçdiyim şəhər olan Yerusəlimdə həmişə qulum Davudun çırağı olsun.
  2. Mən səni seçirəm, sən ürəyin istədiyi hər şey üzərində hökmranlıq edəcəksən və İsrailin padşahı olacaqsan.
  3. Əgər qulum Davud kimi Mənim qanunlarıma və əmrlərimə əməl edərək sənə buyurduğum hər şeyə qulaq assan, Mənim yolumla getsən və Mənim gözümdə doğru olan işlər görsən, onda Mən səninlə olacağam. Davud üçün qurduğum kimi sənin üçün də möhkəm bir sülalə quracağam və İsraili sənə verəcəyəm.
  4. Mən bundan ötrü Davudun nəslini alçaldacağam, ancaq həmişəlik yox”».
  5. Süleyman Yarovamı öldürmək istədi, ancaq Yarovam qalxıb Misirə, Misir padşahı Sisaqın yanına qaçdı və Süleymanın ölümünə qədər Misirdə qaldı.
  1. I will give one tribe to his son so that David my servant may always have a lamp before me in Jerusalem, the city where I chose to put my Name.
  2. However, as for you, I will take you, and you will rule over all that your heart desires; you will be king over Israel.
  3. If you do whatever I command you and walk in my ways and do what is right in my eyes by keeping my statutes and commands, as David my servant did, I will be with you. I will build you a dynasty as enduring as the one I built for David and will give Israel to you.
  4. I will humble David's descendants because of this, but not forever.' "
  5. Solomon tried to kill Jeroboam, but Jeroboam fled to Egypt, to Shishak the king, and stayed there until Solomon's death.
 
 
  1. Süleymanın qalan işləri, etdiyi hər şey və onun hikməti barədə Süleymanın əməlləri kitabında yazılmışdır.
  2. O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.
  3. Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.
  1. As for the other events of Solomon's reign--all he did and the wisdom he displayed--are they not written in the book of the annals of Solomon?
  2. Solomon reigned in Jerusalem over all Israel forty years.
  3. Then he rested with his fathers and was buried in the city of David his father. And Rehoboam his son succeeded him as king.
 
   
  irəli  1  . . . 5  6  7  8  9  10  11  12  13  14  15  16  . . . 22   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.