- Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib
- Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».
- Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”».
- Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi.
- Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.
|
- Now behold, there came a man of God from Judah to Bethel by the word of the LORD, while Jeroboam was standing by the altar to burn incense.
- He cried against the altar by the word of the LORD, and said, "O altar, altar, thus says the LORD, 'Behold, a son shall be born to the house of David, Josiah by name; and on you he shall sacrifice the priests of the high places who burn incense on you, and human bones shall be burned on you.'"
- Then he gave a sign the same day, saying, "This is the sign which the LORD has spoken, 'Behold, the altar shall be split apart and the ashes which are on it shall be poured out.'"
- Now when the king heard the saying of the man of God, which he cried against the altar in Bethel, Jeroboam stretched out his hand from the altar, saying, "Seize him." But his hand which he stretched out against him dried up, so that he could not draw it back to himself.
- The altar also was split apart and the ashes were poured out from the altar, according to the sign which the man of God had given by the word of the LORD.
|