- When Ahijah heard the sound of her feet coming in the doorway, he said, "Come in, wife of Jeroboam, why do you pretend to be another woman? For I am sent to you with a harsh message.
- "Go, say to Jeroboam, 'Thus says the LORD God of Israel, "Because I exalted you from among the people and made you leader over My people Israel,
- and tore the kingdom away from the house of David and gave it to you--yet you have not been like My servant David, who kept My commandments and who followed Me with all his heart, to do only that which was right in My sight;
- you also have done more evil than all who were before you, and have gone and made for yourself other gods and molten images to provoke Me to anger, and have cast Me behind your back--
- therefore behold, I am bringing calamity on the house of Jeroboam, and will cut off from Jeroboam every male person, both bond and free in Israel, and I will make a clean sweep of the house of Jeroboam, as one sweeps away dung until it is all gone.
|
- Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm.
- Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim.
- Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi.
- Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın.
- Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm.
|