- Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.
- Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:
- «Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı.
- Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».
- Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin.
|
- When Ahab heard that Naboth was dead, he got up and went down to take possession of Naboth's vineyard.
- Then the word of the LORD came to Elijah the Tishbite:
- "Go down to meet Ahab king of Israel, who rules in Samaria. He is now in Naboth's vineyard, where he has gone to take possession of it.
- Say to him, 'This is what the LORD says: Have you not murdered a man and seized his property?' Then say to him, 'This is what the LORD says: In the place where dogs licked up Naboth's blood, dogs will lick up your blood--yes, yours!' "
- Ahab said to Elijah, "So you have found me, my enemy!" "I have found you," he answered, "because you have sold yourself to do evil in the eyes of the LORD.
|