- Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».
- Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
- Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».
- Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm».
- O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
|
- Then Zedekiah the son of Chenaanah made horns of iron for himself and said, "Thus says the LORD, 'With these you will gore the Arameans until they are consumed.'"
- All the prophets were prophesying thus, saying, "Go up to Ramoth-gilead and prosper, for the LORD will give it into the hand of the king."
- Then the messenger who went to summon Micaiah spoke to him saying, "Behold now, the words of the prophets are uniformly favorable to the king. Please let your word be like the word of one of them, and speak favorably."
- But Micaiah said, "As the LORD lives, what the LORD says to me, that I shall speak."
- When he came to the king, the king said to him, "Micaiah, shall we go to Ramoth-gilead to battle, or shall we refrain?" And he answered him, "Go up and succeed, and the LORD will give it into the hand of the king."
|