Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 27  28  29  30  31  32  33  34  35  36  37  38  . . . 50   qeri  
  -1   [font9]   +1  
YARADILIŞ 33 [Azerbaycan:NIV]   
 
  1. Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı:
  2. cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu.
  3. Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi.
  4. Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar.
  5. Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır».
  1. Jacob looked up and there was Esau, coming with his four hundred men; so he divided the children among Leah, Rachel and the two maidservants.
  2. He put the maidservants and their children in front, Leah and her children next, and Rachel and Joseph in the rear.
  3. He himself went on ahead and bowed down to the ground seven times as he approached his brother.
  4. But Esau ran to meet Jacob and embraced him; he threw his arms around his neck and kissed him. And they wept.
  5. Then Esau looked up and saw the women and children. "Who are these with you?" he asked. Jacob answered, "They are the children God has graciously given your servant."
 
 
  1. Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər,
  2. sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər.
  3. Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün».
  4. Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun».
  5. Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun.
  1. Then the maidservants and their children approached and bowed down.
  2. Next, Leah and her children came and bowed down. Last of all came Joseph and Rachel, and they too bowed down.
  3. Esau asked, "What do you mean by all these droves I met?" "To find favor in your eyes, my lord," he said.
  4. But Esau said, "I already have plenty, my brother. Keep what you have for yourself."
  5. "No, please!" said Jacob. "If I have found favor in your eyes, accept this gift from me. For to see your face is like seeing the face of God, now that you have received me favorably.
 
 
  1. Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü.
  2. Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm».
  3. Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar.
  4. Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm».
  5. Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm».
  1. Please accept the present that was brought to you, for God has been gracious to me and I have all I need." And because Jacob insisted, Esau accepted it.
  2. Then Esau said, "Let us be on our way; I'll accompany you."
  3. But Jacob said to him, "My lord knows that the children are tender and that I must care for the ewes and cows that are nursing their young. If they are driven hard just one day, all the animals will die.
  4. So let my lord go on ahead of his servant, while I move along slowly at the pace of the droves before me and that of the children, until I come to my lord in Seir."
  5. Esau said, "Then let me leave some of my men with you." "But why do that?" Jacob asked. "Just let me find favor in the eyes of my lord."
 
 
  1. Esav o gün yola düşüb Seirə qayıtdı.
  2. Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot qoydular.
  3. Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı.
  4. O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı.
  5. Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu.
  1. So that day Esau started on his way back to Seir.
  2. Jacob, however, went to Succoth, where he built a place for himself and made shelters for his livestock. That is why the place is called Succoth.
  3. After Jacob came from Paddan Aram, he arrived safely at the city of Shechem in Canaan and camped within sight of the city.
  4. For a hundred pieces of silver, he bought from the sons of Hamor, the father of Shechem, the plot of ground where he pitched his tent.
  5. There he set up an altar and called it El Elohe Israel.
 
   
  irəli  1  . . . 27  28  29  30  31  32  33  34  35  36  37  38  . . . 50   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.