|
- Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.
- Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda ayıracağam, İsraildə səpələyəcəyəm.
- Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək.
- Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər?
- Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək.
|
|