Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 25   qeri  
  -1   [font9]   +1  
İKİNCİ PADŞAHLAR 6 [Azerbaycan:NASB]   
 
  1. Peyğəmbərlər Elişaya dedilər: «Bax indi sənin yanında qaldığımız yer bizə dardır.
  2. Qoy İordan çayının kənarına gedək, hərəmiz bir ağac kəsib gətirək və qalmaq üçün orada özümüzə yer düzəldək». Elişa «gedin» dedi.
  3. Onlardan biri dedi: «Xahiş edirəm, sən də bu qullarınla gəl». Elişa «gələrəm» deyib
  4. onlarla getdi. Onlar İordan çayının kənarına gəldilər və ağac kəsməyə başladılar.
  5. Onlardan biri ağac kəsərkən baltanın dəmiri suya düşdü. O qışqırıb dedi: «Vay, ağam! Onu borc almışdım».
  1. Now the sons of the prophets said to Elisha, "Behold now, the place before you where we are living is too limited for us.
  2. "Please let us go to the Jordan and each of us take from there a beam, and let us make a place there for ourselves where we may live." So he said, "Go."
  3. Then one said, "Please be willing to go with your servants." And he answered, "I shall go."
  4. So he went with them; and when they came to the Jordan, they cut down trees.
  5. But as one was felling a beam, the axe head fell into the water; and he cried out and said, "Alas, my master! For it was borrowed."
 
 
  1. Allah adamı dedi: «Hara düşdü?» O, Elişaya həmin yeri göstərdi. Elişa bir budaq kəsib oraya atdı və dəmir suyun üzərinə çıxdı.
  2. Elişa «onu qaldır» dedi. Həmin adam əlini uzadıb onu qaldırdı.
  3. Aram padşahı İsrailə qarşı vuruşduğu zaman əyanları ilə məsləhətləşib dedi: «Filan yerdə ordugah quracağam».
  4. Allah adamı İsrail padşahına xəbər göndərib dedi: «O yerdən keçmə, çünki Aramlılar oraya enirlər».
  5. İsrail padşahı Allah adamının dediyi yerə xəbər göndərdi. Beləcə padşah onun xəbərdarlıq etdiyi yerlərdə dəfələrlə özünü qorudu.
  1. Then the man of God said, "Where did it fall?" And when he showed him the place, he cut off a stick and threw it in there, and made the iron float.
  2. He said, "Take it up for yourself." So he put out his hand and took it.
  3. Now the king of Aram was warring against Israel; and he counseled with his servants saying, "In such and such a place shall be my camp."
  4. The man of God sent word to the king of Israel saying, "Beware that you do not pass this place, for the Arameans are coming down there."
  5. The king of Israel sent to the place about which the man of God had told him; thus he warned him, so that he guarded himself there, more than once or twice.
 
 
  1. Aram padşahı bundan çox qəzəbləndi və əyanlarını çağırıb onlara dedi: «Mənə deyin görək, bizimkilərdən İsrail padşahına tərəfdar olan kimdir?»
  2. Əyanlardan biri dedi: «Heç kim, ağam padşah. Bunları İsrail padşahına bildirən İsraildə olan peyğəmbər Elişadır. O hətta yataq otağında söylədiyin sözləri ona çatdırır».
  3. Padşah dedi: «Gedin görün, o haradadır, mən onu bura gətirtdirəcəyəm». Padşaha «o, Dotandadır» deyə bildirdilər.
  4. Padşah atlar, döyüş arabaları və çoxlu qoşun göndərdi və onlar gecə ikən gəlib şəhəri əhatəyə aldılar.
  5. Allah adamının qulluqçusu səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü. O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?»
  1. Now the heart of the king of Aram was enraged over this thing; and he called his servants and said to them, "Will you tell me which of us is for the king of Israel?"
  2. One of his servants said, "No, my lord, O king; but Elisha, the prophet who is in Israel, tells the king of Israel the words that you speak in your bedroom."
  3. So he said, "Go and see where he is, that I may send and take him." And it was told him, saying, "Behold, he is in Dothan."
  4. He sent horses and chariots and a great army there, and they came by night and surrounded the city.
  5. Now when the attendant of the man of God had risen early and gone out, behold, an army with horses and chariots was circling the city. And his servant said to him, "Alas, my master! What shall we do?"
 
 
  1. O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur».
  2. Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.
  3. Qoşun ona tərəf enəndə Elişa Rəbbə dua edib dedi: «Bu adamları kor et». Elişanın sözünə görə Rəbb onları kor etdi.
  4. Elişa onlara dedi: «Yol bu deyil, şəhər də bu deyil. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparım». Elişa onları Samariyaya gətirdi.
  5. Onlar Samariyaya girəndə Elişa dedi: «Ya Rəbb, onların gözlərini aç ki, görsünlər». Rəbb onların gözlərini açdı və onlar gördülər ki, Samariyanın ortasındadırlar.
  1. So he answered, "Do not fear, for those who are with us are more than those who are with them."
  2. Then Elisha prayed and said, "O LORD, I pray, open his eyes that he may see " And the LORD opened the servant's eyes and he saw; and behold, the mountain was full of horses and chariots of fire all around Elisha.
  3. When they came down to him, Elisha prayed to the LORD and said, "Strike this people with blindness, I pray." So He struck them with blindness according to the word of Elisha.
  4. Then Elisha said to them, "This is not the way, nor is this the city; follow me and I will bring you to the man whom you seek." And he brought them to Samaria.
  5. When they had come into Samaria, Elisha said, "O LORD, open the eyes of these men, that they may see." So the LORD opened their eyes and they saw; and behold, they were in the midst of Samaria.
 
 
  1. İsrail padşahı onları görəndə Elişaya dedi: «Mənim atam, onları qırıb məhv edimmi?»
  2. Elişa dedi: «Yox, qırma. Məgər bu adamları sən qılıncın və ox-kamanınla əsir etmisən ki, qırmağa haqqın olsun? Onların qabağına çörək və su qoy ki, yeyib-içsinlər və sonra öz ağalarının yanına getsinlər».
  3. O, Aramlılar üçün böyük bir ziyafət verdi və onlar yeyib-içdilər. Sonra onları öz ağalarının yanına göndərdi. Aramlıların dəstələri bir daha İsrail torpağına gəlmədi.
  4. Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı.
  5. Samariyada böyük bir aclıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşşək başı səksən şekel gümüşə və bir kabın dörddə biri qədər göyərçin peyini beş şekel gümüşə satılırdı.
  1. Then the king of Israel when he saw them, said to Elisha, "My father, shall I kill them? Shall I kill them?"
  2. He answered, "You shall not kill them. Would you kill those you have taken captive with your sword and with your bow? Set bread and water before them, that they may eat and drink and go to their master."
  3. So he prepared a great feast for them; and when they had eaten and drunk he sent them away, and they went to their master. And the marauding bands of Arameans did not come again into the land of Israel.
  4. Now it came about after this, that Ben-hadad king of Aram gathered all his army and went up and besieged Samaria.
  5. There was a great famine in Samaria; and behold, they besieged it, until a donkey's head was sold for eighty shekels of silver, and a fourth of a kab of dove's dung for five shekels of silver.
 
 
  1. Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: «Ağam padşah, kömək et!»
  2. Padşah dedi: «Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan yoxsa üzümsıxandan?»
  3. Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”.
  4. Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: “Öz oğlunu ver, yeyək”. Ancaq o, oğlunu gizlətdi».
  5. Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var.
  1. As the king of Israel was passing by on the wall a woman cried out to him, saying, "Help, my lord, O king!"
  2. He said, "If the LORD does not help you, from where shall I help you? From the threshing floor, or from the wine press?"
  3. And the king said to her, "What is the matter with you?" And she answered, "This woman said to me, 'Give your son that we may eat him today, and we will eat my son tomorrow.'
  4. "So we boiled my son and ate him; and I said to her on the next day, 'Give your son, that we may eat him'; but she has hidden her son."
  5. When the king heard the words of the woman, he tore his clothes--now he was passing by on the wall--and the people looked, and behold, he had sackcloth beneath on his body.
 
 
  1. Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin».
  2. Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!»
  3. Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»
  1. Then he said, "May God do so to me and more also, if the head of Elisha the son of Shaphat remains on him today."
  2. Now Elisha was sitting in his house, and the elders were sitting with him And the king sent a man from his presence; but before the messenger came to him, he said to the elders, "Do you see how this son of a murderer has sent to take away my head? Look, when the messenger comes, shut the door and hold the door shut against him. Is not the sound of his master's feet behind him?"
  3. While he was still talking with them, behold, the messenger came down to him and he said, "Behold, this evil is from the LORD; why should I wait for the LORD any longer?"
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.