- The guards stood each with his weapons in his hand, from the right side of the house to the left side of the house, by the altar and by the house, around the king.
- Then he brought the king's son out and put the crown on him and gave him the testimony; and they made him king and anointed him, and they clapped their hands and said, "Long live the king!"
- When Athaliah heard the noise of the guard and of the people, she came to the people in the house of the LORD.
- She looked and behold, the king was standing by the pillar, according to the custom, with the captains and the trumpeters beside the king; and all the people of the land rejoiced and blew trumpets Then Athaliah tore her clothes and cried, "Treason! Treason!"
- And Jehoiada the priest commanded the captains of hundreds who were appointed over the army and said to them, "Bring her out between the ranks, and whoever follows her put to death with the sword." For the priest said, "Let her not be put to death in the house of the LORD."
|
- Mühafizəçilər məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında dayandılar. Hər kəsin silahı əlində idi.
- Kahin şahzadəni irəli çıxartdı və tacı başına qoyub şəhadətnaməni ona verdi. Onu padşah olmaq üçün məsh etdilər və əl çalıb «Yaşasın padşah!» dedilər.
- Atalya mühafizəçilərin və xalqın səsini eşidəndə xalqın yanına, Rəbbin məbədinə gəldi.
- O baxıb gördü ki, padşah qaydaya görə sütunun yanında dayanmış, rəislər və kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»
- Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılara əmr edib dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələni qılıncla öldürün». Çünki kahin «qoy o, Rəbbin məbədində öldürülməsin» demişdi.
|