Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 9  10  11  12  13  14  15  16  17  18  19  20  . . . 25   qeri  
  -1   [font9]   +1  
İKİNCİ PADŞAHLAR 15 [Azerbaycan:Russian]   
 
  1. İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu.
  2. O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.
  3. Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
  4. Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
  5. Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi.
  1. В двадцать седьмой год Иеровоама, царя Израильского, воцарился Азария, сын Амасии, царь Иудейский:
  2. шестнадцати лет был он, когда воцарился, и пятьдесят два года царствовал в Иерусалиме. Имя матери его Иехолия, из Иерусалима.
  3. Он делал угодное в очах Господних во всем так, как поступал Амасия, отец его.
  4. Только высоты не были отменены: народ совершал еще жертвы и курения на высотах.
  5. И поразил Господь царя, и был он прокаженным до дня смерти своей и жил в отдельном доме. И Иофам, сын царя, [начальствовал] над дворцом и управлял народом земли.
 
 
  1. Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
  2. Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu.
  3. Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi.
  4. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
  5. Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu.
  1. Прочее об Азарии и обо всем, что он сделал, написано в летописи царей Иудейских.
  2. И почил Азария с отцами своими, и похоронили его с отцами его в городе Давидовом. И воцарился Иофам, сын его, вместо него.
  3. В тридцать восьмой год Азарии, царя Иудейского, воцарился Захария, сын Иеровоама, над Израилем в Самарии [и царствовал] шесть месяцев.
  4. Он делал неугодное в очах Господних, как делали отцы его: не отставал от грехов Иеровоама, сына Наватова, который ввел Израиля в грех.
  5. И составил против него заговор Селлум, сын Иависа, и поразил его пред народом и убил его, и воцарился вместо него.
 
 
  1. Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
  2. Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu.
  3. Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi.
  4. Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu.
  5. Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
  1. Прочее о Захарии написано в летописи царей Израильских.
  2. Таково было слово Господа, которое он изрек Ииую, сказав: сыновья твои до четвертого рода будут сидеть на престоле Израилевом. И сбылось так.
  3. Селлум, сын Иависа, воцарился в тридцать девятый год Азарии, царя Иудейского, и царствовал один месяц в Самарии.
  4. И пошел Менаим, сын Гадия из Фирцы, и пришел в Самарию, и поразил Селлума, сына Иависова, в Самарии и умертвил его, и воцарился вместо него.
  5. Прочее о Селлуме и о заговоре его, который он составил, написано в летописи царей Израильских.
 
 
  1. O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı.
  2. Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi.
  3. O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
  4. Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.
  5. Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.
  1. И поразил Менаим Типсах и всех, которые были в нем и в пределах его, [начиная] от Фирцы, за то, что [город] не отворил [ворот], и разбил [его], и всех беременных женщин в нем разрубил.
  2. В тридцать девятом году Азарии, царя Иудейского, воцарился Менаим, сын Гадия, над Израилем [и царствовал] десять лет в Самарии;
  3. и делал он неугодное в очах Господних; не отставал от грехов Иеровоама, сына Наватова, который ввел Израиля в грех, во все дни свои.
  4. Тогда пришел Фул, царь Ассирийский, на землю [Израилеву]. И дал Менаим Фулу тысячу талантов серебра, чтобы руки его были за него и чтобы утвердить царство в руке своей.
  5. И разложил Менаим это серебро на Израильтян, на всех людей богатых, по пятидесяти сиклей серебра на каждого человека, чтобы отдать царю Ассирийскому. И пошел назад царь Ассирийский и не остался там в земле.
 
 
  1. Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
  2. Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu.
  3. Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
  4. O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
  5. Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.
  1. Прочее о Менаиме и обо всем, что он сделал, написано в летописи царей Израильских.
  2. И почил Менаим с отцами своими. И воцарился Факия, сын его, вместо него.
  3. В пятидесятый год Азарии, царя Иудейского, воцарился Факия, сын Менаима, над Израилем в Самарии [и царствовал] два года;
  4. и делал он неугодное в очах Господних; не отставал от грехов Иеровоама, сына Наватова, который ввел Израиля в грех.
  5. И составил против него заговор Факей, сын Ремалии, сановник его, и поразил его в Самарии в палате царского дома, с Арговом и Арием, имея с собою пятьдесят человек Галаадитян, и умертвил его, и воцарился вместо него.
 
 
  1. Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
  2. Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.
  3. O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
  4. İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.
  5. Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.
  1. Прочее о Факии и обо всем, что он сделал, написано в летописи царей Израильских.
  2. В пятьдесят второй год Азарии, царя Иудейского, воцарился Факей, сын Ремалии, над Израилем в Самарии [и царствовал] двадцать лет;
  3. и делал он неугодное в очах Господних: не отставал от грехов Иеровоама, сына Наватова, который ввел Израиля в грех.
  4. Во дни Факея, царя Израильского, пришел Феглаффелласар, царь Ассирийский, и взял Ион, Авел-Беф-Мааху, и Ианох, и Кедес, и Асор, и Галаад, и Галилею, всю землю Неффалимову, и переселил их в Ассирию.
  5. И составил заговор Осия, сын Илы, против Факея, сына Ремалиина, и поразил его, и умертвил его, и воцарился вместо него в двадцатый год Иоафама, сына Озиина.
 
 
  1. Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
  2. İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu.
  3. O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi.
  4. Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
  5. Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.
  1. Прочее о Факее и обо всем, что он сделал, написано в летописи царей Израильских.
  2. Во второй год Факея, сына Ремалиина, царя Израильского, воцарился Иоафам, сын Озии, царя Иудейского.
  3. Двадцати пяти лет был он, когда воцарился, и шестнадцать лет царствовал в Иерусалиме. Имя матери его Иеруша, дочь Садока.
  4. Он делал угодное в очах Господних: во всем, как поступал Озия, отец его, так поступал и он.
  5. Только высоты не были отменены: народ совершал еще жертвы и курения на высотах. Он построил верхние ворота при доме Господнем.
 
 
  1. Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
  2. Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı.
  3. Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.
  1. Прочее об Иоафаме и обо всем, что он сделал, написано в летописи царей Иудейских.
  2. В те дни начал Господь посылать на Иудею Рецина, царя Сирийского, и Факея, сына Ремалиина.
  3. И почил Иоафам с отцами своими, и погребен с отцами своими в городе Давида, отца его. И воцарился Ахаз, сын его, вместо него.
 
   
  irəli  1  . . . 9  10  11  12  13  14  15  16  17  18  19  20  . . . 25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.