Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21  22  23  . . . 25   qeri  
  -1   [font9]   +1  
2 Kings 18 [NASB:Azerbaycan]   
 
  1. Now it came about in the third year of Hoshea, the son of Elah king of Israel, that Hezekiah the son of Ahaz king of Judah became king.
  2. He was twenty-five years old when he became king, and he reigned twenty-nine years in Jerusalem; and his mother's name was Abi the daughter of Zechariah.
  3. He did right in the sight of the LORD, according to all that his father David had done.
  4. He removed the high places and broke down the sacred pillars and cut down the Asherah He also broke in pieces the bronze serpent that Moses had made, for until those days the sons of Israel burned incense to it; and it was called Nehushtan.
  5. He trusted in the LORD, the God of Israel; so that after him there was none like him among all the kings of Judah, nor among those who were before him.
  1. İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu.
  2. O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi.
  3. Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
  4. O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan qoyub o vaxta qədər ona buxur yandırırdılar.
  5. Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı.
 
 
  1. For he clung to the LORD; he did not depart from following Him, but kept His commandments, which the LORD had commanded Moses.
  2. And the LORD was with him; wherever he went he prospered And he rebelled against the king of Assyria and did not serve him.
  3. He defeated the Philistines as far as Gaza and its territory, from watchtower to fortified city.
  4. Now in the fourth year of King Hezekiah, which was the seventh year of Hoshea son of Elah king of Israel, Shalmaneser king of Assyria came up against Samaria and besieged it.
  5. At the end of three years they captured it; in the sixth year of Hezekiah, which was the ninth year of Hoshea king of Israel, Samaria was captured.
  1. O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi.
  2. Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı.
  3. Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı.
  4. Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı.
  5. Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı.
 
 
  1. Then the king of Assyria carried Israel away into exile to Assyria, and put them in Halah and on the Habor, the river of Gozan, and in the cities of the Medes,
  2. because they did not obey the voice of the LORD their God, but transgressed His covenant, even all that Moses the servant of the LORD commanded; they would neither listen nor do it.
  3. Now in the fourteenth year of King Hezekiah, Sennacherib king of Assyria came up against all the fortified cities of Judah and seized them.
  4. Then Hezekiah king of Judah sent to the king of Assyria at Lachish, saying, "I have done wrong. Withdraw from me; whatever you impose on me I will bear." So the king of Assyria required of Hezekiah king of Judah three hundred talents of silver and thirty talents of gold.
  5. Hezekiah gave him all the silver which was found in the house of the LORD, and in the treasuries of the king's house.
  1. Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
  2. Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər.
  3. Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı.
  4. Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi.
  5. Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi.
 
 
  1. At that time Hezekiah cut off the gold from the doors of the temple of the LORD, and from the doorposts which Hezekiah king of Judah had overlaid, and gave it to the king of Assyria.
  2. Then the king of Assyria sent Tartan and Rab-saris and Rabshakeh from Lachish to King Hezekiah with a large army to Jerusalem So they went up and came to Jerusalem And when they went up, they came and stood by the conduit of the upper pool, which is on the highway of the fuller's field.
  3. When they called to the king, Eliakim the son of Hilkiah, who was over the household, and Shebnah the scribe and Joah the son of Asaph the recorder, came out to them.
  4. Then Rabshakeh said to them, "Say now to Hezekiah, 'Thus says the great king, the king of Assyria, "What is this confidence that you have?
  5. "You say (but they are only empty words), 'I have counsel and strength for the war.' Now on whom do you rely, that you have rebelled against me?
  1. O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi.
  2. Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar.
  3. Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı.
  4. Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən?
  5. Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan?
 
 
  1. "Now behold, you rely on the staff of this crushed reed, even on Egypt; on which if a man leans, it will go into his hand and pierce it. So is Pharaoh king of Egypt to all who rely on him.
  2. "But if you say to me, 'We trust in the LORD our God,' is it not He whose high places and whose altars Hezekiah has taken away, and has said to Judah and to Jerusalem, 'You shall worship before this altar in Jerusalem'?
  3. "Now therefore, come, make a bargain with my master the king of Assyria, and I will give you two thousand horses, if you are able on your part to set riders on them.
  4. "How then can you repulse one official of the least of my master's servants, and rely on Egypt for chariots and for horsemen?
  5. "Have I now come up without the LORD'S approval against this place to destroy it? The LORD said to me, 'Go up against this land and destroy it.'"'"
  1. Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.
  2. Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi?
  3. İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm.
  4. Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən!
  5. Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
 
 
  1. Then Eliakim the son of Hilkiah, and Shebnah and Joah, said to Rabshakeh, "Speak now to your servants in Aramaic, for we understand it; and do not speak with us in Judean in the hearing of the people who are on the wall."
  2. But Rabshakeh said to them, "Has my master sent me only to your master and to you to speak these words, and not to the men who sit on the wall, doomed to eat their own dung and drink their own urine with you?"
  3. Then Rabshakeh stood and cried with a loud voice in Judean, saying, "Hear the word of the great king, the king of Assyria.
  4. "Thus says the king, 'Do not let Hezekiah deceive you, for he will not be able to deliver you from my hand;
  5. nor let Hezekiah make you trust in the LORD, saying, "The LORD will surely deliver us, and this city will not be given into the hand of the king of Assyria."
  1. Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».
  2. Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».
  3. Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!
  4. Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək.
  5. Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.
 
 
  1. 'Do not listen to Hezekiah, for thus says the king of Assyria, "Make your peace with me and come out to me, and eat each of his vine and each of his fig tree and drink each of the waters of his own cistern,
  2. until I come and take you away to a land like your own land, a land of grain and new wine, a land of bread and vineyards, a land of olive trees and honey, that you may live and not die." But do not listen to Hezekiah when he misleads you, saying, "The LORD will deliver us."
  3. 'Has any one of the gods of the nations delivered his land from the hand of the king of Assyria?
  4. 'Where are the gods of Hamath and Arpad? Where are the gods of Sepharvaim, Hena and Ivvah? Have they delivered Samaria from my hand?
  5. 'Who among all the gods of the lands have delivered their land from my hand, that the LORD should deliver Jerusalem from my hand?'"
  1. Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.
  2. Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın.
  3. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı?
  4. Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı?
  5. Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
 
 
  1. But the people were silent and answered him not a word, for the king's commandment was, "Do not answer him."
  2. Then Eliakim the son of Hilkiah, who was over the household, and Shebna the scribe and Joah the son of Asaph, the recorder, came to Hezekiah with their clothes torn and told him the words of Rabshakeh.
  1. Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi.
  2. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.
 
   
  irəli  1  . . . 12  13  14  15  16  17  18  19  20  21  22  23  . . . 25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.