- Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».
- Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».
- Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!
- Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək.
- Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.
|
- Then Eliakim the son of Hilkiah, and Shebnah and Joah, said to Rabshakeh, "Speak now to your servants in Aramaic, for we understand it; and do not speak with us in Judean in the hearing of the people who are on the wall."
- But Rabshakeh said to them, "Has my master sent me only to your master and to you to speak these words, and not to the men who sit on the wall, doomed to eat their own dung and drink their own urine with you?"
- Then Rabshakeh stood and cried with a loud voice in Judean, saying, "Hear the word of the great king, the king of Assyria.
- "Thus says the king, 'Do not let Hezekiah deceive you, for he will not be able to deliver you from my hand;
- nor let Hezekiah make you trust in the LORD, saying, "The LORD will surely deliver us, and this city will not be given into the hand of the king of Assyria."
|