Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 15  16  17  18  19  20  21  22  23  24  25   qeri  
  -1   [font9]   +1  
2 Kings 21 [NIV:Azerbaycan]   
 
  1. Manasseh was twelve years old when he became king, and he reigned in Jerusalem fifty-five years. His mother's name was Hephzibah.
  2. He did evil in the eyes of the LORD, following the detestable practices of the nations the LORD had driven out before the Israelites.
  3. He rebuilt the high places his father Hezekiah had destroyed; he also erected altars to Baal and made an Asherah pole, as Ahab king of Israel had done. He bowed down to all the starry hosts and worshiped them.
  4. He built altars in the temple of the LORD, of which the LORD had said, "In Jerusalem I will put my Name."
  5. In both courts of the temple of the LORD, he built altars to all the starry hosts.
  1. Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi.
  2. O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.
  3. Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.
  4. Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı.
  5. Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.
 
 
  1. He sacrificed his own son in the fire, practiced sorcery and divination, and consulted mediums and spiritists. He did much evil in the eyes of the LORD, provoking him to anger.
  2. He took the carved Asherah pole he had made and put it in the temple, of which the LORD had said to David and to his son Solomon, "In this temple and in Jerusalem, which I have chosen out of all the tribes of Israel, I will put my Name forever.
  3. I will not again make the feet of the Israelites wander from the land I gave their forefathers, if only they will be careful to do everything I commanded them and will keep the whole Law that my servant Moses gave them."
  4. But the people did not listen. Manasseh led them astray, so that they did more evil than the nations the LORD had destroyed before the Israelites.
  5. The LORD said through his servants the prophets:
  1. O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.
  2. Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.
  3. Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».
  4. Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı.
  5. Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi:
 
 
  1. "Manasseh king of Judah has committed these detestable sins. He has done more evil than the Amorites who preceded him and has led Judah into sin with his idols.
  2. Therefore this is what the LORD, the God of Israel, says: I am going to bring such disaster on Jerusalem and Judah that the ears of everyone who hears of it will tingle.
  3. I will stretch out over Jerusalem the measuring line used against Samaria and the plumb line used against the house of Ahab. I will wipe out Jerusalem as one wipes a dish, wiping it and turning it upside down.
  4. I will forsake the remnant of my inheritance and hand them over to their enemies. They will be looted and plundered by all their foes,
  5. because they have done evil in my eyes and have provoked me to anger from the day their forefathers came out of Egypt until this day."
  1. «Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi.
  2. Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək.
  3. Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm.
  4. İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək.
  5. Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».
 
 
  1. Moreover, Manasseh also shed so much innocent blood that he filled Jerusalem from end to end--besides the sin that he had caused Judah to commit, so that they did evil in the eyes of the LORD.
  2. As for the other events of Manasseh's reign, and all he did, including the sin he committed, are they not written in the book of the annals of the kings of Judah?
  3. Manasseh rested with his fathers and was buried in his palace garden, the garden of Uzza. And Amon his son succeeded him as king.
  4. Amon was twenty-two years old when he became king, and he reigned in Jerusalem two years. His mother's name was Meshullemeth daughter of Haruz; she was from Jotbah.
  5. He did evil in the eyes of the LORD, as his father Manasseh had done.
  1. Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.
  2. Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
  3. Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu.
  4. Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi.
  5. O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
 
 
  1. He walked in all the ways of his father; he worshiped the idols his father had worshiped, and bowed down to them.
  2. He forsook the LORD, the God of his fathers, and did not walk in the way of the LORD.
  3. Amon's officials conspired against him and assassinated the king in his palace.
  4. Then the people of the land killed all who had plotted against King Amon, and they made Josiah his son king in his place.
  5. As for the other events of Amon's reign, and what he did, are they not written in the book of the annals of the kings of Judah?
  1. Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi.
  2. Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi.
  3. Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər.
  4. Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.
  5. Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
 
 
  1. He was buried in his grave in the garden of Uzza. And Josiah his son succeeded him as king.
  1. O, Uzza bağçasında, öz qəbrində basdırıldı. Onun yerinə oğlu Yoşiya padşah oldu.
 
   
  irəli  1  . . . 15  16  17  18  19  20  21  22  23  24  25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.