Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 16  17  18  19  20  21  22  23  24  25   qeri  
  -1   [font9]   +1  
2 Kings 22 [NASB:Azerbaycan]   
 
  1. Josiah was eight years old when he became king, and he reigned thirty-one years in Jerusalem; and his mother's name was Jedidah the daughter of Adaiah of Bozkath.
  2. He did right in the sight of the LORD and walked in all the way of his father David, nor did he turn aside to the right or to the left.
  3. Now in the eighteenth year of King Josiah, the king sent Shaphan, the son of Azaliah the son of Meshullam the scribe, to the house of the LORD saying,
  4. "Go up to Hilkiah the high priest that he may count the money brought in to the house of the LORD which the doorkeepers have gathered from the people.
  5. "Let them deliver it into the hand of the workmen who have the oversight of the house of the LORD, and let them give it to the workmen who are in the house of the LORD to repair the damages of the house,
  1. Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. Anası Bosqatlı Adayanın qızı olub adı Yedida idi.
  2. O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolu ilə gedərək ondan kənara çıxmadı.
  3. Yoşiyanın padşahlığının on səkkizinci ilində padşah mirzə Meşullam oğlu Asalya oğlu Şafanı Rəbbin məbədinə göndərib dedi:
  4. «Baş kahin Xilqiyanın yanına get. Qoy o, astanada keşik çəkənlərin xalqdan yığdıqları Rəbbin məbədinə gətirilən pulu tərəzidə çəksin.
  5. Onu Rəbbin məbədinin işinə nəzarət edənlərə versinlər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –
 
 
  1. to the carpenters and the builders and the masons and for buying timber and hewn stone to repair the house.
  2. "Only no accounting shall be made with them for the money delivered into their hands, for they deal faithfully."
  3. Then Hilkiah the high priest said to Shaphan the scribe, "I have found the book of the law in the house of the LORD." And Hilkiah gave the book to Shaphan who read it.
  4. Shaphan the scribe came to the king and brought back word to the king and said, "Your servants have emptied out the money that was found in the house, and have delivered it into the hand of the workmen who have the oversight of the house of the LORD."
  5. Moreover, Shaphan the scribe told the king saying, "Hilkiah the priest has given me a book." And Shaphan read it in the presence of the king.
  1. dülgərlərə, ustalara, bənnalara, məbədi təmir etmək üçün taxta və yonulmuş daş alanlara versinlər.
  2. Ancaq əllərinə verilən pulun hesabı onlarla aparılmasın, çünki sədaqətlə çalışırlar».
  3. Baş kahin Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi və Şafan onu oxudu.
  4. Mirzə Şafan padşahın yanına gəldi və ona xəbər gətirib dedi: «Qulların məbəddə tapılan pulu boşaltdılar və onu Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər».
  5. Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.
 
 
  1. When the king heard the words of the book of the law, he tore his clothes.
  2. Then the king commanded Hilkiah the priest, Ahikam the son of Shaphan, Achbor the son of Micaiah, Shaphan the scribe, and Asaiah the king's servant saying,
  3. "Go, inquire of the LORD for me and the people and all Judah concerning the words of this book that has been found, for great is the wrath of the LORD that burns against us, because our fathers have not listened to the words of this book, to do according to all that is written concerning us."
  4. So Hilkiah the priest, Ahikam, Achbor, Shaphan, and Asaiah went to Huldah the prophetess, the wife of Shallum the son of Tikvah, the son of Harhas, keeper of the wardrobe (now she lived in Jerusalem in the Second Quarter); and they spoke to her.
  5. She said to them, "Thus says the LORD God of Israel, 'Tell the man who sent you to me,
  1. Padşah Qanun kitabının sözlərini eşidəndə paltarını cırdı.
  2. Padşah kahin Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Akbora, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:
  3. «Gedin, tapılmış bu kitabın sözlərinə görə mənim üçün, xalq və bütün Yəhuda üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı alovlanmış qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabın sözlərinə qulaq asmamışdı və orada bizim üçün yazılmış bu şeylərə əməl etməmişdi».
  4. Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər.
  5. Qadın onlara dedi: «İsrailin Allahı Rəbb deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,
 
 
  1. thus says the LORD, "Behold, I bring evil on this place and on its inhabitants, even all the words of the book which the king of Judah has read.
  2. "Because they have forsaken Me and have burned incense to other gods that they might provoke Me to anger with all the work of their hands, therefore My wrath burns against this place, and it shall not be quenched."'
  3. "But to the king of Judah who sent you to inquire of the LORD thus shall you say to him, 'Thus says the LORD God of Israel, "Regarding the words which you have heard,
  4. because your heart was tender and you humbled yourself before the LORD when you heard what I spoke against this place and against its inhabitants that they should become a desolation and a curse, and you have torn your clothes and wept before Me, I truly have heard you," declares the LORD.
  5. "Therefore, behold, I will gather you to your fathers, and you will be gathered to your grave in peace, and your eyes will not see all the evil which I will bring on this place."'" So they brought back word to the king.
  1. Rəbb belə deyir: “Mən Yəhuda padşahının oxuduğu kitabdakı bütün sözlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.
  2. Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”.
  3. Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.
  4. Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb.
  5. “Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar.
 
   
  irəli  1  . . . 16  17  18  19  20  21  22  23  24  25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.