Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25   qeri  
  -1   [font9]   +1  
İKİNCİ PADŞAHLAR 23 [Azerbaycan:NASB]   
 
  1. Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.
  2. Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.
  3. Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
  4. Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astanada keşik çəkənlərə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı.
  5. O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi.
  1. Then the king sent, and they gathered to him all the elders of Judah and of Jerusalem.
  2. The king went up to the house of the LORD and all the men of Judah and all the inhabitants of Jerusalem with him, and the priests and the prophets and all the people, both small and great; and he read in their hearing all the words of the book of the covenant which was found in the house of the LORD.
  3. The king stood by the pillar and made a covenant before the LORD, to walk after the LORD, and to keep His commandments and His testimonies and His statutes with all his heart and all his soul, to carry out the words of this covenant that were written in this book. And all the people entered into the covenant.
  4. Then the king commanded Hilkiah the high priest and the priests of the second order and the doorkeepers, to bring out of the temple of the LORD all the vessels that were made for Baal, for Asherah, and for all the host of heaven; and he burned them outside Jerusalem in the fields of the Kidron, and carried their ashes to Bethel.
  5. He did away with the idolatrous priests whom the kings of Judah had appointed to burn incense in the high places in the cities of Judah and in the surrounding area of Jerusalem, also those who burned incense to Baal, to the sun and to the moon and to the constellations and to all the host of heaven.
 
 
  1. Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı.
  2. Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular.
  3. Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı.
  4. Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər.
  5. Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin.
  1. He brought out the Asherah from the house of the LORD outside Jerusalem to the brook Kidron, and burned it at the brook Kidron, and ground it to dust, and threw its dust on the graves of the common people.
  2. He also broke down the houses of the male cult prostitutes which were in the house of the LORD, where the women were weaving hangings for the Asherah.
  3. Then he brought all the priests from the cities of Judah, and defiled the high places where the priests had burned incense, from Geba to Beersheba; and he broke down the high places of the gates which were at the entrance of the gate of Joshua the governor of the city, which were on one's left at the city gate.
  4. Nevertheless the priests of the high places did not go up to the altar of the LORD in Jerusalem, but they ate unleavened bread among their brothers.
  5. He also defiled Topheth, which is in the valley of the son of Hinnom, that no man might make his son or his daughter pass through the fire for Molech.
 
 
  1. O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı.
  2. Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi.
  3. Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi.
  4. O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.
  5. Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı.
  1. He did away with the horses which the kings of Judah had given to the sun, at the entrance of the house of the LORD, by the chamber of Nathan-melech the official, which was in the precincts; and he burned the chariots of the sun with fire.
  2. The altars which were on the roof, the upper chamber of Ahaz, which the kings of Judah had made, and the altars which Manasseh had made in the two courts of the house of the LORD, the king broke down; and he smashed them there and threw their dust into the brook Kidron.
  3. The high places which were before Jerusalem, which were on the right of the mount of destruction which Solomon the king of Israel had built for Ashtoreth the abomination of the Sidonians, and for Chemosh the abomination of Moab, and for Milcom the abomination of the sons of Ammon, the king defiled.
  4. He broke in pieces the sacred pillars and cut down the Asherim and filled their places with human bones.
  5. Furthermore, the altar that was at Bethel and the high place which Jeroboam the son of Nebat, who made Israel sin, had made, even that altar and the high place he broke down Then he demolished its stones, ground them to dust, and burned the Asherah.
 
 
  1. Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi.
  2. Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi».
  3. O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar.
  4. Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi.
  5. Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
  1. Now when Josiah turned, he saw the graves that were there on the mountain, and he sent and took the bones from the graves and burned them on the altar and defiled it according to the word of the LORD which the man of God proclaimed, who proclaimed these things.
  2. Then he said, "What is this monument that I see?" And the men of the city told him, "It is the grave of the man of God who came from Judah and proclaimed these things which you have done against the altar of Bethel."
  3. He said, "Let him alone; let no one disturb his bones." So they left his bones undisturbed with the bones of the prophet who came from Samaria.
  4. Josiah also removed all the houses of the high places which were in the cities of Samaria, which the kings of Israel had made provoking the LORD; and he did to them just as he had done in Bethel.
  5. All the priests of the high places who were there he slaughtered on the altars and burned human bones on them; then he returned to Jerusalem.
 
 
  1. Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin».
  2. İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi.
  3. Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.
  4. Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi.
  5. Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.
  1. Then the king commanded all the people saying, "Celebrate the Passover to the LORD your God as it is written in this book of the covenant."
  2. Surely such a Passover had not been celebrated from the days of the judges who judged Israel, nor in all the days of the kings of Israel and of the kings of Judah.
  3. But in the eighteenth year of King Josiah, this Passover was observed to the LORD in Jerusalem.
  4. Moreover, Josiah removed the mediums and the spiritists and the teraphim and the idols and all the abominations that were seen in the land of Judah and in Jerusalem, that he might confirm the words of the law which were written in the book that Hilkiah the priest found in the house of the LORD.
  5. Before him there was no king like him who turned to the LORD with all his heart and with all his soul and with all his might, according to all the law of Moses; nor did any like him arise after him.
 
 
  1. Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi.
  2. Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
  3. Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
  4. Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü.
  5. Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
  1. However, the LORD did not turn from the fierceness of His great wrath with which His anger burned against Judah, because of all the provocations with which Manasseh had provoked Him.
  2. The LORD said, "I will remove Judah also from My sight, as I have removed Israel And I will cast off Jerusalem, this city which I have chosen, and the temple of which I said, 'My name shall be there.'"
  3. Now the rest of the acts of Josiah and all that he did, are they not written in the Book of the Chronicles of the Kings of Judah?
  4. In his days Pharaoh Neco king of Egypt went up to the king of Assyria to the river Euphrates And King Josiah went to meet him, and when Pharaoh Neco saw him he killed him at Megiddo.
  5. His servants drove his body in a chariot from Megiddo, and brought him to Jerusalem and buried him in his own tomb Then the people of the land took Jehoahaz the son of Josiah and anointed him and made him king in place of his father.
 
 
  1. Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
  2. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
  3. Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.
  4. Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü.
  5. Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
  1. Jehoahaz was twenty-three years old when he became king, and he reigned three months in Jerusalem; and his mother's name was Hamutal the daughter of Jeremiah of Libnah.
  2. He did evil in the sight of the LORD, according to all that his fathers had done.
  3. Pharaoh Neco imprisoned him at Riblah in the land of Hamath, that he might not reign in Jerusalem; and he imposed on the land a fine of one hundred talents of silver and a talent of gold.
  4. Pharaoh Neco made Eliakim the son of Josiah king in the place of Josiah his father, and changed his name to Jehoiakim But he took Jehoahaz away and brought him to Egypt, and he died there.
  5. So Jehoiakim gave the silver and gold to Pharaoh, but he taxed the land in order to give the money at the command of Pharaoh. He exacted the silver and gold from the people of the land, each according to his valuation, to give it to Pharaoh Neco.
 
 
  1. Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi.
  2. O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
  1. Jehoiakim was twenty-five years old when he became king, and he reigned eleven years in Jerusalem; and his mother's name was Zebidah the daughter of Pedaiah of Rumah.
  2. He did evil in the sight of the LORD, according to all that his fathers had done.
 
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.