Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 18  19  20  21  22  23  24  25   qeri  
  -1   [font9]   +1  
İKİNCİ PADŞAHLAR 24 [Azerbaycan:NASB]   
 
  1. Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı.
  2. Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi.
  3. Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin.
  4. Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.
  5. Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
  1. In his days Nebuchadnezzar king of Babylon came up, and Jehoiakim became his servant for three years; then he turned and rebelled against him.
  2. The LORD sent against him bands of Chaldeans, bands of Arameans, bands of Moabites, and bands of Ammonites So He sent them against Judah to destroy it, according to the word of the LORD which He had spoken through His servants the prophets.
  3. Surely at the command of the LORD it came upon Judah, to remove them from His sight because of the sins of Manasseh, according to all that he had done,
  4. and also for the innocent blood which he shed, for he filled Jerusalem with innocent blood; and the LORD would not forgive.
  5. Now the rest of the acts of Jehoiakim and all that he did, are they not written in the Book of the Chronicles of the Kings of Judah?
 
 
  1. Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.
  2. Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.
  3. Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.
  4. Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
  5. O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.
  1. So Jehoiakim slept with his fathers, and Jehoiachin his son became king in his place.
  2. The king of Egypt did not come out of his land again, for the king of Babylon had taken all that belonged to the king of Egypt from the brook of Egypt to the river Euphrates.
  3. Jehoiachin was eighteen years old when he became king, and he reigned three months in Jerusalem; and his mother's name was Nehushta the daughter of Elnathan of Jerusalem.
  4. He did evil in the sight of the LORD, according to all that his father had done.
  5. At that time the servants of Nebuchadnezzar king of Babylon went up to Jerusalem, and the city came under siege.
 
 
  1. Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi.
  2. Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı.
  3. Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi.
  4. O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı.
  5. Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.
  1. And Nebuchadnezzar the king of Babylon came to the city, while his servants were besieging it.
  2. Jehoiachin the king of Judah went out to the king of Babylon, he and his mother and his servants and his captains and his officials So the king of Babylon took him captive in the eighth year of his reign.
  3. He carried out from there all the treasures of the house of the LORD, and the treasures of the king's house, and cut in pieces all the vessels of gold which Solomon king of Israel had made in the temple of the LORD, just as the LORD had said.
  4. Then he led away into exile all Jerusalem and all the captains and all the mighty men of valor, ten thousand captives, and all the craftsmen and the smiths None remained except the poorest people of the land.
  5. So he led Jehoiachin away into exile to Babylon; also the king's mother and the king's wives and his officials and the leading men of the land, he led away into exile from Jerusalem to Babylon.
 
 
  1. Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi.
  2. Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.
  3. Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
  4. O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
  5. Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.
  1. All the men of valor, seven thousand, and the craftsmen and the smiths, one thousand, all strong and fit for war, and these the king of Babylon brought into exile to Babylon.
  2. Then the king of Babylon made his uncle Mattaniah king in his place, and changed his name to Zedekiah.
  3. Zedekiah was twenty-one years old when he became king, and he reigned eleven years in Jerusalem; and his mother's name was Hamutal the daughter of Jeremiah of Libnah.
  4. He did evil in the sight of the LORD, according to all that Jehoiakim had done.
  5. For through the anger of the LORD this came about in Jerusalem and Judah until He cast them out from His presence And Zedekiah rebelled against the king of Babylon.
 
   
  irəli  1  . . . 18  19  20  21  22  23  24  25   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.