Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 13  14  15  16  17  18  19  20  21  22  23  24  . . . 29   qeri  
  -1   [font9]   +1  
BİRİNCİ SALNAMƏLƏR 19 [Azerbaycan:Russian]   
 
  1. Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu.
  2. Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə
  3. Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər».
  4. Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
  5. Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
  1. После сего умер Наас, царь Аммонитский, и воцарился сын его вместо него.
  2. И сказал Давид: окажу я милость Аннону, сыну Наасову, за благодеяние, которое отец его оказал мне. И послал Давид послов утешить его об отце его; и пришли слуги Давидовы в землю Аммонитскую, к Аннону, чтобы утешить его.
  3. Но князья Аммонитские сказали Аннону: неужели ты думаешь, что Давид из уважения к отцу твоему прислал к тебе утешителей? Не для того ли пришли слуги его к тебе, чтобы разведать и высмотреть землю и разорить ее?
  4. И взял Аннон слуг Давидовых и обрил их, и обрезал одежды их наполовину до чресл и отпустил их.
  5. И пошли они. И донесено было Давиду о людях сих, и он послал им навстречу, так как они были очень обесчещены; и сказал царь: останьтесь в Иерихоне, пока отрастут бороды ваши, и тогда возвратитесь.
 
 
  1. Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər.
  2. Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər.
  3. Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
  4. Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.
  5. Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.
  1. Когда Аммонитяне увидели, что они сделались ненавистными Давиду, тогда послал Аннон и Аммонитяне тысячу талантов серебра, чтобы нанять себе колесниц и всадников из Сирии Месопотамской и из Сирии Мааха и из Сувы.
  2. И наняли себе тридцать две тысячи колесниц и царя Мааха с народом его, которые пришли и расположились станом пред Медевою. И Аммонитяне собрались из городов своих и выступили на войну.
  3. Когда услышал об этом Давид, то послал Иоава со всем войском храбрых.
  4. И выступили Аммонитяне и выстроились к сражению у ворот города, а цари, которые пришли, отдельно в поле.
  5. Иоав, видя, что предстоит ему сражение спереди и сзади, избрал воинов из всех отборных в Израиле и выстроил [их] против Сириян.
 
 
  1. Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.
  2. Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm.
  3. Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
  4. Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı.
  5. Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.
  1. А остальную часть народа поручил Авессе, брату своему, чтоб они выстроились против Аммонитян.
  2. И сказал он: если Сирияне будут одолевать меня, то ты поможешь мне, а если Аммонитяне будут одолевать тебя, то я помогу тебе.
  3. Будь мужествен, и будем твердо стоять за народ наш и за города Бога нашего, --и Господь пусть сделает, что ему угодно.
  4. И вступил Иоав и люди, которые были у него, в сражение с Сириянами, и они побежали от него.
  5. Аммонитяне же, увидев, что Сирияне бегут, и сами побежали от Авессы, брата его, и ушли в город. И пришел Иоав в Иерусалим.
 
 
  1. Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi.
  2. Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu.
  3. Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü.
  4. Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.
  1. Сирияне, видя, что они поражены Израильтянами, отправили послов и вывели Сириян, которые были по ту сторону реки, и Совак, военачальник Адраазаров, предводительствовал ими.
  2. Когда донесли об этом Давиду, он собрал всех Израильтян, перешел Иордан и, придя к ним, выстроился против них; и вступил Давид в сражение с Сириянами, и они сразились с ним.
  3. И Сирияне побежали от Израильтян, и истребил Давид у Сириян семь тысяч колесниц и сорок тысяч пеших, и Совака военачальника умертвил.
  4. Когда увидели слуги Адраазара, что они поражены Израильтянами, заключили с Давидом мир и подчинились ему. И не хотели Сирияне помогать более Аммонитянам.
 
   
  irəli  1  . . . 13  14  15  16  17  18  19  20  21  22  23  24  . . . 29   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.