|
- Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı.
- Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı.
- O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.
- Bundan sonra Gezerdə Filiştlilərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Sippayı öldürdü. Beləcə Filiştlilər tabe oldu.
- Filiştlilərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.
|
|