Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  
  -1   [font10]   +1  
EZRA 4 [Azerbaycan]   
 
  1. Yəhudalıların və Binyaminlilərin düşmənləri eşitdilər ki, sürgündən qayıdanlar İsrailin Allahı Rəbb üçün məbəd tikirlər.
  2. Onlar Zerubbabilə və nəsil başçılarına yaxınlaşıb belə dedi: «Qoy biz də sizinlə bərabər bu məbədi tikək, çünki biz də sizin kimi Allahınıza sitayiş edirik. Bizi buraya gətirən Aşşur padşahı Esar-Xaddonun dövründən bəri sizin Allaha qurban təqdim edirik».
  3. Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik».
  4. Onda bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi.
  5. Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün Fars padşahları olan Kirin dövründən Daranın dövrünə qədər onlara qarşı çıxaraq özlərinə muzdla məsləhətçilər tutdu.
 
 
  1. Onlar Axaşveroş padşah olanda, onun hökmranlığının başlanğıcında Yəhuda və Yerusəlimdə yaşayanların əleyhinə bir ittiham məktubu yazdılar.
  2. Fars padşahı Artaxşastanın dövründə Bişlam Mitredat, Taveel və digər yoldaşları padşah Artaxşastaya məktub yazdı. Məktub Arami dilində yazılaraq tərcümə edildi.
  3. Sərkərdə Rexum və mirzə Şimşay padşah Artaxşastaya Yerusəlimi ittiham edən bir məktub yazdı.
  4. Sonra məktuba sərkərdə Rexumla mirzə Şimşay və qalan yoldaşları, hakimlər, əmirlər, qulluqçular, Farslar, Ereklilər, Babillilər, Şuşanlılar, yəni Elamlılar,
  5. böyük və şanlı Aşurbanipalın sürgün edib Samariya şəhərlərində və Fərat çayının qərb torpaqlarında yerləşdirdiyi başqa xalqlar imza qoydular.
 
 
  1. Padşah Artaxşastaya göndərdikləri məktubun surəti belədir: «Padşah Artaxşastaya Fərat çayının qərb torpaqlarında yaşayan qullarından.
  2. Padşaha məlum olsun ki, sizin yanınızdan qayıdan Yəhudilər bizim yanımıza – Yerusəlimə gəlib bu pis, üsyankar şəhəri bərpa edirlər. Divarları hörüb qurtardılar və binaların təməlini bərpa etdilər.
  3. Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə, divarları hörülüb qurtararsa, onlar sənə vergi, xərac və gömrük verməyəcəklər. Bununla da padşahın gəlirinə böyük ziyan dəyəcək.
  4. Əgər indi bu sarayın duzu ilə dolanırıqsa, gözümüz önündə padşaha ziyan dəyməsini görmək bizə yaraşmaz. Ona görə də padşaha bu xəbəri göndərib belə məlum edirik:
  5. qoy ata-babalarının dəftərxanası axtarılsın. Qeyd kitablarında bu şəhər haqqında məlumat tapanda biləcəksiniz ki, bu şəhər həm üsyankar, həm də padşahlar və dövlətlər üçün zərərlidir. Qədimdən bəri oradan həmişə xəyanət törəyib və bunun üçün şəhər xarabaya çevrilib.
 
 
  1. Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə və divarları tikilib qurtararsa, sənin Fərat çayının qərb torpaqlarında payın olmayacaq».
  2. Padşah belə cavab göndərdi: «Sərkərdə Rexuma, mirzə Şimşaya və Samariya ilə Fərat çayının digər qərb torpaqlarında yaşayan yoldaşlarına salamlar!
  3. Bizə göndərdiyiniz məktub hüzurumda tərcümə edildi.
  4. Ona görə mən əmr verdim və əmrimə əsasən istintaq aparıldı. Bu şəhərin sakinlərinin qədimdən bəri padşahlara qarşı üsyan qaldırması təsdiq olundu. Üsyankarlıq və xəyanət bu şəhərin daxilindən baş qaldırıb.
  5. O zaman Yerusəlimi idarə edən qüdrətli padşahlar var idi. Fərat çayının qərbindəki bütün torpaqlar üzərində bu padşahlar hökmranlıq edirdilər. Buranın əhalisi isə onlara xərac, vergi və gömrük verirdi.
 
 
  1. İndi əmr verin, bu adamlar işi dayandırsınlar və mən əmr verənə qədər bu şəhəri bərpa etməsinlər.
  2. Bu işə etinasız yanaşmaqdan çəkinin. Niyə şər artıb padşahlığıma ziyan vursun?»
  3. Padşah Artaxşastanın məktubunun surəti Rexumla mirzə Şimşayın və yoldaşlarının qarşısında oxunanda onlar tələsik Yerusəlimə Yəhudilərin yanına getdilər. Onların işini zorla, güclə dayandırdılar.
  4. Beləliklə, Yerusəlimdəki Allah evinin tikinti işi dayandırıldı və bu iş Fars padşahı Daranın hökmranlığının ikinci ilinə qədər ləngidi.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.