Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  
  -1   [font9]   +1  
Ezra 5 [NASB:Azerbaycan]   
 
  1. When the prophets, Haggai the prophet and Zechariah the son of Iddo, prophesied to the Jews who were in Judah and Jerusalem in the name of the God of Israel, who was over them,
  2. then Zerubbabel the son of Shealtiel and Jeshua the son of Jozadak arose and began to rebuild the house of God which is in Jerusalem; and the prophets of God were with them supporting them.
  3. At that time Tattenai, the governor of the province beyond the River, and Shethar-bozenai and their colleagues came to them and spoke to them thus, "Who issued you a decree to rebuild this temple and to finish this structure?"
  4. Then we told them accordingly what the names of the men were who were reconstructing this building.
  5. But the eye of their God was on the elders of the Jews, and they did not stop them until a report could come to Darius, and then a written reply be returned concerning it.
  1. Peyğəmbərlərdən peyğəmbər Haqqayla İddo oğlu Zəkəriyyə Yəhudada və Yerusəlimdə yaşayan Yəhudilərə İsrail Allahının adı ilə peyğəmbərlik etdi.
  2. O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi.
  3. O vaxtlar Fərat çayının qərb torpaqlarının valisi olan Tattenay, Şetar-Boznay və yoldaşları onların yanına gəlib dedi: «Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?»
  4. Onda biz onlara bu binanı tikənlərin adlarını bildirdik.
  5. Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar.
 
 
  1. This is the copy of the letter which Tattenai, the governor of the province beyond the River, and Shethar-bozenai and his colleagues the officials, who were beyond the River, sent to Darius the king.
  2. They sent a report to him in which it was written thus: "To Darius the king, all peace.
  3. "Let it be known to the king that we have gone to the province of Judah, to the house of the great God, which is being built with huge stones, and beams are being laid in the walls; and this work is going on with great care and is succeeding in their hands.
  4. "Then we asked those elders and said to them thus, 'Who issued you a decree to rebuild this temple and to finish this structure?'
  5. "We also asked them their names so as to inform you, and that we might write down the names of the men who were at their head.
  1. Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları, Fərat çayının qərb torpaqlarındakı məmurlar padşah Daraya bu surətdə məktub yolladı.
  2. Ona yolladıqları məktubda belə yazılmışdı: «Padşah Daraya böyük ehtiramla salamlar!
  3. Padşaha məlum olsun ki, biz Yəhuda vilayətindəki böyük Allahın məbədinə getdik. Məbəd böyük daşlardan tikilmiş, divarların içərisinə dirəklər qoyulmuşdur. Bu iş səylə görülərək uğurla idarə edilir.
  4. O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?”
  5. Həm də onlardan bu işin başçılarının adını soruşduq ki, bunları yazaraq sizə bildirək.
 
 
  1. "Thus they answered us, saying, 'We are the servants of the God of heaven and earth and are rebuilding the temple that was built many years ago, which a great king of Israel built and finished.
  2. 'But because our fathers had provoked the God of heaven to wrath, He gave them into the hand of Nebuchadnezzar king of Babylon, the Chaldean, who destroyed this temple and deported the people to Babylon.
  3. 'However, in the first year of Cyrus king of Babylon, King Cyrus issued a decree to rebuild this house of God.
  4. 'Also the gold and silver utensils of the house of God which Nebuchadnezzar had taken from the temple in Jerusalem, and brought them to the temple of Babylon, these King Cyrus took from the temple of Babylon and they were given to one whose name was Sheshbazzar, whom he had appointed governor.
  5. 'He said to him, "Take these utensils, go and deposit them in the temple in Jerusalem and let the house of God be rebuilt in its place."
  1. Onlar bizə belə cavab verdilər: “Biz göylərin və yerin Allahının qullarıyıq. Bundan bir çox il əvvəl tikilən məbədi bərpa edirik. Vaxtı ilə oranı İsrailin böyük padşahı tikib başa çatdırmışdı.
  2. Lakin atalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün Allah onları Babil padşahı Xaldeyli Navuxodonosora təslim etdi. O da bu məbədi xarabaya çevirdi və xalqını Babilə əsir apardı.
  3. Lakin Babil padşahı Kirin hakimiyyətinin birinci ilində padşah Kir Allah evinin bərpası üçün əmr verdi.
  4. Həmçinin Yerusəlimdəki Allah evindən Navuxodonosorun götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları padşah Kir Babildəki məbəddən çıxartdı. Onları vali təyin etdiyi Şeşbassar adlı bir adama verərək dedi:
  5. ‹Bu əşyaları götürüb get, Yerusəlimdəki məbədə qoy. Allahın evi qoy öz yerində bərpa olunsun›.
 
 
  1. 'Then that Sheshbazzar came and laid the foundations of the house of God in Jerusalem; and from then until now it has been under construction and it is not yet completed.'
  2. "Now if it pleases the king, let a search be conducted in the king's treasure house, which is there in Babylon, if it be that a decree was issued by King Cyrus to rebuild this house of God at Jerusalem; and let the king send to us his decision concerning this matter."
  1. O zaman həmin Şeşbassar gəlib Yerusəlimdəki Allah evinin təməlini qoydu. O zamandan indiyə qədər bu məbəd tikilir, lakin hələ tamamlanmayıb”.
  2. İndi padşahın xoşuna gələrsə, qoy Babil sarayındakı dəftərxana axtarılaraq Yerusəlimdəki Allah evinin bərpası üçün padşah Kirin verdiyi əmr üzə çıxarılsın. Sonra isə bu iş barədə padşah öz iradəsini bizə bildirsin».
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.