Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 3  4  5  6  7  8  9  10   qeri  
  -1   [font9]   +1  
Ezra 9 [NASB:Azerbaycan]   
 
  1. Now when these things had been completed, the princes approached me, saying, "The people of Israel and the priests and the Levites have not separated themselves from the peoples of the lands, according to their abominations, those of the Canaanites, the Hittites, the Perizzites, the Jebusites, the Ammonites, the Moabites, the Egyptians and the Amorites.
  2. "For they have taken some of their daughters as wives for themselves and for their sons, so that the holy race has intermingled with the peoples of the lands; indeed, the hands of the princes and the rulers have been foremost in this unfaithfulness."
  3. When I heard about this matter, I tore my garment and my robe, and pulled some of the hair from my head and my beard, and sat down appalled.
  4. Then everyone who trembled at the words of the God of Israel on account of the unfaithfulness of the exiles gathered to me, and I sat appalled until the evening offering.
  5. But at the evening offering I arose from my humiliation, even with my garment and my robe torn, and I fell on my knees and stretched out my hands to the LORD my God;
  1. Bu işlər qurtarandan sonra rəhbərlər mənə yaxınlaşıb dedilər: «Kahinlərlə Levililər daxil olmaqla İsrail xalqı ətraflarındakı xalqların – Kənanlıların, Xetlilərin, Perizlilərin, Yevusluların, Ammonluların, Moavlıların, Misirlilərin, Emorluların iyrənc adətlərinə uyub özlərini onlardan fərqləndirməyiblər.
  2. Belə ki onlar özlərinə və oğullarına ətraflarındakı xalqların qızlarından alıblar. Bununla müqəddəs xalq başqa xalqlarla qarışıb. Rəhbərlərlə məmurlar bu xəyanətə ilk yol açmışlar».
  3. Mən bu sözü eşidəndə paltarımla cübbəmi cırıb saç-saqqalımı yolaraq çarəsiz oturdum.
  4. Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum.
  5. Axşam qurbanı vaxtı pərişan halda ayağa qalxdım. Paltarım və cübbəm cırıq idi. Dizüstə oturub əllərimi Allahım Rəbbə açıb
 
 
  1. and I said, "O my God, I am ashamed and embarrassed to lift up my face to You, my God, for our iniquities have risen above our heads and our guilt has grown even to the heavens.
  2. "Since the days of our fathers to this day we have been in great guilt, and on account of our iniquities we, our kings and our priests have been given into the hand of the kings of the lands, to the sword, to captivity and to plunder and to open shame, as it is this day.
  3. "But now for a brief moment grace has been shown from the LORD our God, to leave us an escaped remnant and to give us a peg in His holy place, that our God may enlighten our eyes and grant us a little reviving in our bondage.
  4. "For we are slaves; yet in our bondage our God has not forsaken us, but has extended lovingkindness to us in the sight of the kings of Persia, to give us reviving to raise up the house of our God, to restore its ruins and to give us a wall in Judah and Jerusalem.
  5. "Now, our God, what shall we say after this? For we have forsaken Your commandments,
  1. belə dua etdim: «Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb.
  2. Atalarımızın dövründən bu günə qədər böyük günah içindəyik. Ona görə də hər zaman bugünkü kimi biz, padşahlarımız, kahinlərimiz təqsirlərimiz üzündən yadelli padşahlara təslim edilib qılınca, əsirliyə, talana, rüsvayçılığa düçar olduq.
  3. İndi isə bizə Allahımız Rəbb tərəfindən ani olaraq mərhəmət göstərildi. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı Allahımız bizim üçün saxladı. Müqəddəs məkanında bizə möhkəm bir yer verdi ki, gözümüzə nur versin, bizi köləlikdən qurtarıb bir az həyata qovuşdursun.
  4. Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı.
  5. Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik.
 
 
  1. which You have commanded by Your servants the prophets, saying, 'The land which you are entering to possess is an unclean land with the uncleanness of the peoples of the lands, with their abominations which have filled it from end to end and with their impurity.
  2. 'So now do not give your daughters to their sons nor take their daughters to your sons, and never seek their peace or their prosperity, that you may be strong and eat the good things of the land and leave it as an inheritance to your sons forever.'
  3. "After all that has come upon us for our evil deeds and our great guilt, since You our God have requited us less than our iniquities deserve, and have given us an escaped remnant as this,
  4. shall we again break Your commandments and intermarry with the peoples who commit these abominations? Would You not be angry with us to the point of destruction, until there is no remnant nor any who escape?
  5. "O LORD God of Israel, You are righteous, for we have been left an escaped remnant, as it is this day; behold, we are before You in our guilt, for no one can stand before You because of this."
  1. Sən əmrlərini qulların peyğəmbərlər vasitəsilə verib dedin: “Mülk olaraq almaq üçün getdiyiniz ölkə öz əhalisinin pozğunluğu ilə, oranı başdan-başa dolduran iyrənc adətləri və murdarlıqları ilə çirkaba batan ölkədir.
  2. Buna görə də nə qızlarınızı onların oğullarına verin, nə də qızlarından oğullarınıza alın. Əgər qüvvətli olmaq, bu torpağın nemətlərini yemək istəyirsinizsə, heç vaxt onların salamatlığı və firavanlığı üçün çalışmayın. Onda bu torpağı övladlarınıza irs olaraq əbədi saxlayarsınız”.
  3. Hər şey pis işlərimizdən və böyük günahlarımızdan ötrü başımıza gəldi, lakin, ey Allahımız, Sən bizi təqsirlərimizin layiq olduğundan az cəzalandırdın. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı – bunları bizə verdin.
  4. Bundan sonra yenə əmrlərinimi pozaq? Belə iyrənc işlər görən xalqlarla qohummu olaq? Biz qurtarana, sağ qalıb qurtula bilməyənə qədər bizə qəzəblənməyəcəksənmi?
  5. Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik».
 
   
  irəli  1  . . . 3  4  5  6  7  8  9  10   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.