Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  
  -1   [font9]   +1  
ESTER 2 [Azerbaycan:Russian]   
 
  1. Bir müddət keçəndən sonra padşah Axaşveroşun qəzəbi soyudu. O, Vaştini, onun etdiyi işi və əleyhinə verdiyi qərarını xatırladı.
  2. Padşahın qulluğunda dayanan xidmətçiləri dedi: «Qoy padşah üçün bakirə, gənc və gözəl qızlar axtarılsın.
  3. Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun.
  4. Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi.
  5. Şuşan qalasında Mordokay adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi.
  1. После сего, когда утих гнев царя Артаксеркса, он вспомнил об Астинь и о том, что она сделала, и что было определено о ней.
  2. И сказали отроки царя, служившие при нем: пусть бы поискали царю молодых красивых девиц,
  3. и пусть бы назначил царь наблюдателей во все области своего царства, которые собрали бы всех молодых девиц, красивых видом, в престольный город Сузы, в дом жен под надзор Гегая, царского евнуха, стража жен, и пусть бы выдавали им притиранья,
  4. и девица, которая понравится глазам царя, пусть будет царицею вместо Астинь. И угодно было слово это в глазах царя, и он так и сделал.
  5. Был в Сузах, городе престольном, один Иудеянин, имя его Мардохей, сын Иаира, сын Семея, сын Киса, из колена Вениаминова.
 
 
  1. Yəhuda padşahı Yekonya əsir alınanda Qiş də Yerusəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padşahı Navuxodonosor idi.
  2. Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü.
  3. Padşahın əmri və fərmanı oxunanda Şuşan qalasına Heqayın nəzarəti altına xeyli qız toplandı. O zaman Ester də padşah sarayında hərəmağası olan Heqayın nəzarəti altına düşdü.
  4. Bu qız Heqayın xoşuna gələrək hüsn-rəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı.
  5. Ester öz milliyyəti və nəsli barədə heç kimə bir söz deməmişdi, çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin.
  1. Он был переселен из Иерусалима вместе с пленниками, выведенными с Иехониею, царем Иудейским, которых переселил Навуходоносор, царь Вавилонский.
  2. И был он воспитателем Гадассы, --она же Есфирь, --дочери дяди его, так как не было у нее ни отца, ни матери. Девица эта была красива станом и пригожа лицем. И по смерти отца ее и матери ее, Мардохей взял ее к себе вместо дочери.
  3. Когда объявлено было повеление царя и указ его, и когда собраны были многие девицы в престольный город Сузы под надзор Гегая, тогда взята была и Есфирь в царский дом под надзор Гегая, стража жен.
  4. И понравилась эта девица глазам его и приобрела у него благоволение, и он поспешил выдать ей притиранья и [все, назначенное на] часть ее, и приставить к ней семь девиц, достойных быть при ней, из дома царского, и переместил ее и девиц ее в лучшее отделение женского дома.
  5. Не сказывала Есфирь ни о народе своем, ни о родстве своем, потому что Мардохей дал ей приказание, чтобы она не сказывала.
 
 
  1. Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənmək üçün Mordokay hər gün hərəmxananın həyəti qarşısında vurnuxurdu.
  2. On iki ay hər qıza gözəlləşdirici vasitələr çəkəndən sonra onları növbə ilə padşah Axaşveroşun yanına gətirirdilər. Gözəlləşdirmək üçün qulluq müddəti bundan ibarətdir ki, onlara altı ay mirra yağı, altı ay isə ətirlər və təravətləndirici vasitələr çəkirdilər.
  3. Qız padşahın yanına gətiriləndə hərəmxanadan istədiyi hər şeyi götürüb padşahın sarayına aparardı.
  4. O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi.
  5. Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.
  1. И всякий день Мардохей приходил ко двору женского дома, чтобы наведываться о здоровье Есфири и о том, что делается с нею.
  2. Когда наступало время каждой девице входить к царю Артаксерксу, после того, как в течение двенадцати месяцев выполнено было над нею все, определенное женщинам, --ибо столько времени продолжались дни притиранья их: шесть месяцев мирровым маслом и шесть месяцев ароматами и другими притираньями женскими, --
  3. тогда девица входила к царю. Чего бы она ни потребовала, ей давали всё для выхода из женского дома в дом царя.
  4. Вечером она входила и утром возвращалась в другой дом женский под надзор Шаазгаза, царского евнуха, стража наложниц; и уже не входила к царю, разве только царь пожелал бы ее, и она призывалась бы по имени.
  5. Когда настало время Есфири, дочери Аминадава, дяди Мардохея, который взял ее к себе вместо дочери, --идти к царю, тогда она не просила ничего, кроме того, о чем сказал ей Гегай, евнух царский, страж жен. И приобрела Есфирь расположение [к себе] в глазах всех, видевших ее.
 
 
  1. Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı.
  2. Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi.
  3. Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.
  4. Qızlar ikinci dəfə toplananda Mordokay saray darvazasında vəzifə başında idi.
  5. Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi.
  1. И взята была Есфирь к царю Артаксерксу, в царский дом его, в десятом месяце, то есть в месяце Тебефе, в седьмой год его царствования.
  2. И полюбил царь Есфирь более всех жен, и она приобрела его благоволение и благорасположение более всех девиц; и он возложил царский венец на голову ее и сделал ее царицею на место Астинь.
  3. И сделал царь большой пир для всех князей своих и для служащих при нем, --пир ради Есфири, и сделал льготу областям и роздал дары с царственною щедростью.
  4. И когда во второй раз собраны были девицы, и Мардохей сидел у ворот царских,
  5. Есфирь все еще не сказывала о родстве своем и о народе своем, как приказал ей Мардохей; а слово Мардохея Есфирь выполняла [и теперь] так же, как тогда, когда была у него на воспитании.
 
 
  1. Mordokay padşahın saray darvazasında vəzifə başında olanda saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşaha qəzəblənmişdi və ona sui-qəsd etmək istəyirdi.
  2. Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi.
  3. Yoxlama zamanı bu məlumatın həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padşahın hüzurunda salnamələr kitabına yazıldı.
  1. В это время, как Мардохей сидел у ворот царских, два царских евнуха, Гавафа и Фарра, оберегавшие порог, озлобились, и замышляли наложить руку на царя Артаксеркса.
  2. Узнав о том, Мардохей сообщил царице Есфири, а Есфирь сказала царю от имени Мардохея.
  3. Дело было исследовано и найдено [верным], и их обоих повесили на дереве. И было вписано о благодеянии Мардохея в книгу дневных записей у царя.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.