- Buna görə də təkcə Mordokayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordokayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o, Mordokayın xalqını – Axaşveroşun padşahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri qırdırmaq qərarına gəldi.
- Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün padşah Axaşveroşun hökmdarlığının on ikinci ilində birinci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk on ikinci ay olan Adara düşdü.
- Sonra Haman padşah Axaşveroşa dedi: «Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz.
- Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə, bu işi görənlər üçün on min talant gümüş çəkib göndərərəm».
- Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə – Aqaqlı Hammedata oğlu Hamana verdi.
|
- But he disdained to lay hands on Mordecai alone, for they had told him who the people of Mordecai were; therefore Haman sought to destroy all the Jews, the people of Mordecai, who were throughout the whole kingdom of Ahasuerus.
- In the first month, which is the month Nisan, in the twelfth year of King Ahasuerus, Pur, that is the lot, was cast before Haman from day to day and from month to month, until the twelfth month, that is the month Adar.
- Then Haman said to King Ahasuerus, "There is a certain people scattered and dispersed among the peoples in all the provinces of your kingdom; their laws are different from those of all other people and they do not observe the king's laws, so it is not in the king's interest to let them remain.
- "If it is pleasing to the king, let it be decreed that they be destroyed, and I will pay ten thousand talents of silver into the hands of those who carry on the king's business, to put into the king's treasuries."
- Then the king took his signet ring from his hand and gave it to Haman, the son of Hammedatha the Agagite, the enemy of the Jews.
|