- Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?»
- Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb.
- Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin».
- Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi.
- Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi.
|
- ибо, как я могу видеть бедствие, которое постигнет народ мой, и как я могу видеть погибель родных моих?
- И сказал царь Артаксеркс царице Есфири и Мардохею Иудеянину: вот, я дом Амана отдал Есфири, и его самого повесили на дереве за то, что он налагал руку свою на Иудеев;
- напишите и вы о Иудеях, что вам угодно, от имени царя и скрепите царским перстнем, ибо письма, написанного от имени царя и скрепленного перстнем царским, нельзя изменить.
- И позваны были тогда царские писцы в третий месяц, то есть в месяц Сиван, в двадцать третий день его, и написано было все так, как приказал Мардохей, к Иудеям, и к сатрапам, и областеначальникам, и правителям областей от Индии до Ефиопии, ста двадцати семи областей, в каждую область письменами ее и к каждому народу на языке его, и к Иудеям письменами их и на языке их.
- И написал он от имени царя Артаксеркса, и скрепил царским перстнем, и послал письма чрез гонцов на конях, на дромадерах и мулах царских,
|