Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 31   qeri  
  -1   [font9]   +1  
SÜLEYMANIN MƏSƏLLƏRİ 3 [Azerbaycan:NIV]   
 
  1. Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın.
  2. Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar.
  3. Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
  4. Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
  5. Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.
  1. My son, do not forget my teaching, but keep my commands in your heart,
  2. for they will prolong your life many years and bring you prosperity.
  3. Let love and faithfulness never leave you; bind them around your neck, write them on the tablet of your heart.
  4. Then you will win favor and a good name in the sight of God and man.
  5. Trust in the LORD with all your heart and lean not on your own understanding;
 
 
  1. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
  2. Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
  3. Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar.
  4. Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
  5. Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar.
  1. in all your ways acknowledge him, and he will make your paths straight.
  2. Do not be wise in your own eyes; fear the LORD and shun evil.
  3. This will bring health to your body and nourishment to your bones.
  4. Honor the LORD with your wealth, with the firstfruits of all your crops;
  5. then your barns will be filled to overflowing, and your vats will brim over with new wine.
 
 
  1. Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə.
  2. Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.
  3. Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
  4. Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir.
  5. Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil.
  1. My son, do not despise the LORD's discipline and do not resent his rebuke,
  2. because the LORD disciplines those he loves, as a father the son he delights in.
  3. Blessed is the man who finds wisdom, the man who gains understanding,
  4. for she is more profitable than silver and yields better returns than gold.
  5. She is more precious than rubies; nothing you desire can compare with her.
 
 
  1. Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
  2. Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
  3. Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
  4. Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
  5. Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
  1. Long life is in her right hand; in her left hand are riches and honor.
  2. Her ways are pleasant ways, and all her paths are peace.
  3. She is a tree of life to those who embrace her; those who lay hold of her will be blessed.
  4. By wisdom the LORD laid the earth's foundations, by understanding he set the heavens in place;
  5. by his knowledge the deeps were divided, and the clouds let drop the dew.
 
 
  1. Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
  2. Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
  3. O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
  4. Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
  5. Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
  1. My son, preserve sound judgment and discernment, do not let them out of your sight;
  2. they will be life for you, an ornament to grace your neck.
  3. Then you will go on your way in safety, and your foot will not stumble;
  4. when you lie down, you will not be afraid; when you lie down, your sleep will be sweet.
  5. Have no fear of sudden disaster or of the ruin that overtakes the wicked,
 
 
  1. Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
  2. Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
  3. İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
  4. Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
  5. Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
  1. for the LORD will be your confidence and will keep your foot from being snared.
  2. Do not withhold good from those who deserve it, when it is in your power to act.
  3. Do not say to your neighbor, "Come back later; I'll give it tomorrow"-- when you now have it with you.
  4. Do not plot harm against your neighbor, who lives trustfully near you.
  5. Do not accuse a man for no reason-- when he has done you no harm.
 
 
  1. Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
  2. Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
  3. Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər.
  4. Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.
  5. Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq.
  1. Do not envy a violent man or choose any of his ways,
  2. for the LORD detests a perverse man but takes the upright into his confidence.
  3. The LORD's curse is on the house of the wicked, but he blesses the home of the righteous.
  4. He mocks proud mockers but gives grace to the humble.
  5. The wise inherit honor, but fools he holds up to shame.
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 31   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.