Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 13  14  15  16  17  18  19  20  21  22  23  24  . . . 31   qeri  
  -1   [font9]   +1  
Proverbs 19 [NASB:Azerbaycan]   
 
  1. Better is a poor man who walks in his integrity Than he who is perverse in speech and is a fool.
  2. Also it is not good for a person to be without knowledge, And he who hurries his footsteps errs.
  3. The foolishness of man ruins his way, And his heart rages against the LORD.
  4. Wealth adds many friends, But a poor man is separated from his friend.
  5. A false witness will not go unpunished, And he who tells lies will not escape.
  1. Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır.
  2. Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər.
  3. İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
  4. Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
  5. Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.
 
 
  1. Many will seek the favor of a generous man, And every man is a friend to him who gives gifts.
  2. All the brothers of a poor man hate him; How much more do his friends abandon him! He pursues them with words, but they are gone.
  3. He who gets wisdom loves his own soul; He who keeps understanding will find good.
  4. A false witness will not go unpunished, And he who tells lies will perish.
  5. Luxury is not fitting for a fool; Much less for a slave to rule over princes.
  1. Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
  2. Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
  3. Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
  4. Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
  5. Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
 
 
  1. A man's discretion makes him slow to anger, And it is his glory to overlook a transgression.
  2. The king's wrath is like the roaring of a lion, But his favor is like dew on the grass.
  3. A foolish son is destruction to his father, And the contentions of a wife are a constant dripping.
  4. House and wealth are an inheritance from fathers, But a prudent wife is from the LORD.
  5. Laziness casts into a deep sleep, And an idle man will suffer hunger.
  1. İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
  2. Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
  3. Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.
  4. İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
  5. Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar.
 
 
  1. He who keeps the commandment keeps his soul, But he who is careless of conduct will die.
  2. One who is gracious to a poor man lends to the LORD, And He will repay him for his good deed.
  3. Discipline your son while there is hope, And do not desire his death.
  4. A man of great anger will bear the penalty, For if you rescue him, you will only have to do it again.
  5. Listen to counsel and accept discipline, That you may be wise the rest of your days.
  1. Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.
  2. Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.
  3. Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma.
  4. Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.
  5. Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.
 
 
  1. Many plans are in a man's heart, But the counsel of the LORD will stand.
  2. What is desirable in a man is his kindness, And it is better to be a poor man than a liar.
  3. The fear of the LORD leads to life, So that one may sleep satisfied, untouched by evil.
  4. The sluggard buries his hand in the dish, But will not even bring it back to his mouth.
  5. Strike a scoffer and the naive may become shrewd, But reprove one who has understanding and he will gain knowledge.
  1. İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.
  2. İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
  3. Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar.
  4. Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.
  5. Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar.
 
 
  1. He who assaults his father and drives his mother away Is a shameful and disgraceful son.
  2. Cease listening, my son, to discipline, And you will stray from the words of knowledge.
  3. A rascally witness makes a mockery of justice, And the mouth of the wicked spreads iniquity.
  4. Judgments are prepared for scoffers, And blows for the back of fools.
  1. Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar.
  2. Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç!
  3. Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər.
  4. Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar.
 
   
  irəli  1  . . . 13  14  15  16  17  18  19  20  21  22  23  24  . . . 31   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.