Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
13
14
15
16
17
18
19
20
21
22
23
24
. . .
31
qeri
▼
-1
[font9]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 19 [Azerbaycan]
Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır.
Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər.
İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.
Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.
İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər.
Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar.
Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar.
Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr.
Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma.
Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər.
Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan.
İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.
İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır.
Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar.
Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.
Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar.
Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar.
Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç!
Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər.
Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar.
irəli
1
. . .
13
14
15
16
17
18
19
20
21
22
23
24
. . .
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.