Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
14
15
16
17
18
19
20
21
22
23
24
25
. . .
31
qeri
▼
-1
[font9]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 20 [Azerbaycan]
Şərab insanları ələ salar, Kefləndirici içki onları dalaşdırar, Sərxoş olan müdrik olmaz.
Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.
Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər.
Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz.
Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar.
İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar?
Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar.
Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar.
Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm?
Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.
Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar.
Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.
Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan.
Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər.
Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir.
Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla.
Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar.
Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar.
Sözgəzdirən sirləri açıb yayar, Gərək boşboğaza qoşulmayasan.
Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər.
Tələsik alınan mülk Axırda xeyir gətirməz.
Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin.
Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz.
Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar.
Hikmətli padşah pisləri sovurar, Onlar dəyirman daşında üyüdülər.
İnsanın ruhu Rəbbin çırağıdır, Daxilinin dərin yerlərini araşdırar.
Padşahı məhəbbət və sədaqət qoruyar, Taxtını xeyirxahlıq möhkəm saxlar.
Gəncləri qüvvəti şərəfləndirər, Ağ saçlar qocalara zinət verər.
Yaralayıcı zərbələr pis insanı düzəldə bilər, Kötəkləmək daxilin dərin yerlərinə təsir edə bilər.
irəli
1
. . .
14
15
16
17
18
19
20
21
22
23
24
25
. . .
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.