- Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
- Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar.
- Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər.
- Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.
- Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar.
|
- Train a child in the way he should go, and when he is old he will not turn from it.
- The rich rule over the poor, and the borrower is servant to the lender.
- He who sows wickedness reaps trouble, and the rod of his fury will be destroyed.
- A generous man will himself be blessed, for he shares his food with the poor.
- Drive out the mocker, and out goes strife; quarrels and insults are ended.
|