Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
16
17
18
19
20
21
22
23
24
25
26
27
. . .
31
qeri
▼
-1
[font9]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 22 [Azerbaycan]
Yaxşı ad böyük sərvətdən, Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.
Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir – Hər ikisini yaradan Rəbdir.
Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar.
İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır.
Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar.
Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar.
Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər.
Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar.
Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar.
Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur.
Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar.
Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar».
Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.
Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.
Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən.
Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.
Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan.
Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin.
Ödəməyə pulun olmasa, Altından yatağını apararlar.
Ata-babalarından qalan Qədim sərhəd daşının yerini dəyişmə.
İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar.
irəli
1
. . .
16
17
18
19
20
21
22
23
24
25
26
27
. . .
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.