Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
17
18
19
20
21
22
23
24
25
26
27
28
. . .
31
qeri
▼
-1
[font9]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 23 [Azerbaycan]
Bir ağa ilə süfrəyə əyləşəndə Qarşında olana yaxşı bax.
İştahan çox olsa da, boğazına sərhəd qoy.
Onun ləziz xörəklərinə tamah salma, Çünki bu yemək adamı aldadar.
Sərvət qazanmaq üçün özünü əldən salma, İdraklı ol, bu fikirdən vaz keç.
Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.
Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
Doğma atana qulaq as, Qoca anana xor baxma.
Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
Oğlum, mənə fikir ver, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.
Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?
Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar!
Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma.
Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər.
Gözlərinə qəribə şeylər görünər, Qəlbinə əyri fikirlər gələr.
Özünü dənizin ortasında sanarsan, Sanki gəmi dirəyinin başında yatmısan.
Deyərsən: «Məni vurublar, hiss etməmişəm, Məni döyüblər, heç bilməmişəm. Yenə içmək üçün nə zaman ayılacağam?»
irəli
1
. . .
17
18
19
20
21
22
23
24
25
26
27
28
. . .
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.