Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
18
19
20
21
22
23
24
25
26
27
28
29
. . .
31
qeri
▼
-1
[font11]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 24 [Azerbaycan]
Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə.
Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar.
Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər.
Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar.
Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar.
Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan.
Səfeh üçün hikmət əlçatmazdır, Darvazada susub ağzını açmır.
Şər quran fitnəkar adlanar,
Səfehin pis əməlləri günah sayılar, Rişxəndçilər insanlarda ikrah yaradar.
Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan!
Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək.
Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı?
Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar.
Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz.
Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma.
Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.
Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar.
İnsana doğru cavab verən Sanki onun üzündən öpər.
Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.
Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın.
Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm».
Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim.
Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub.
Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm:
Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
Yoxsulluq üstünə soyğunçu kimi, Ehtiyac üstünə quldur kimi hücum çəkər.
irəli
1
. . .
18
19
20
21
22
23
24
25
26
27
28
29
. . .
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.