Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
20
21
22
23
24
25
26
27
28
29
30
31
qeri
▼
-1
[font9]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 26 [Azerbaycan]
Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi Axmağa da şərəf yaraşmaz.
Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur.
Ata qamçı, eşşəyə noxta necə yaraşırsa, Axmağın kürəyinə də kötək elə yaraşır.
Axmağa səfehliyinə görə cavab vermə, Yoxsa ona bənzərsən.
Axmağa səfehliyinə görə elə bir cavab ver ki, Öz gözündə hikmətli görünməsin.
Kim ki axmaq vasitəsilə xəbər göndərir, Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.
Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir.
Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir.
Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər.
Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir.
Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır.
Öz gözündə hikmətli sayılanı görmüsənmi? Axmağa ondan artıq ümid var.
Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır».
Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır.
Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər.
Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur.
Odlu, öldürücü oxlar atan dəli necədirsə,
Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər.
Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar.
Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.
Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar.
Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub.
Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar.
Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr.
Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.
irəli
1
. . .
20
21
22
23
24
25
26
27
28
29
30
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.