Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
23
24
25
26
27
28
29
30
31
qeri
▼
-1
[font9]
+1
▲
SÜLEYMANIN MƏSƏLLƏRİ 29 [Azerbaycan]
Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.
Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər.
Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər.
Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər.
Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.
Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.
Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.
İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.
Oğruya qoşulan öz-özünə düşməndir, And içsə də, məhkəmədə həqiqəti söyləməz.
İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar.
Çoxu hökmdarın hüzurunu arzular, Amma insan ədaləti Rəbdə tapar.
Salehlər haqsızlardan, Pis insanlarsa əməlisalehlərdən ikrah edər.
irəli
1
. . .
23
24
25
26
27
28
29
30
31
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.